• $
  • €
  • ₽
  • ₺
  • £

Müsəlman din xadimləri İlham Əliyevin qəbulunda

Müsəlman din xadimləri İlham Əliyevin qəbulunda
29.05.2020 06:37
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib. 

Anews.az-ın məlumatına görə, prezident İlham Əliyev Bakıda keçirilən "2017– İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa toxunaraq bu tədbirin müxtəlif dinlərin və xalqların bir-birinə daha da yaxınlaşması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini deyib.

Dövlət başçısı Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından dini rəhbərlərin böyük heyətlə bu konfransda iştirakından məmnunluğunu ifadə etdi, mütəmadi keçirilən bu cür görüşlərin Rusiya Federasiyası, o cümlədən Şimali Qafqaz respublikaları ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, "İslam Həmrəyliyi İli” elan olunmuş 2017-ci ilin başa çatmasına baxmayaraq, Azərbaycan dünya müsəlmanlarının həmrəyliyi, müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da öz töhfəsini verəcək və bu baxımdan təsis olunacaq koordinasiya şurası gələcək birgə fəaliyyətin həyata keçirilməsi üçün yaxşı imkan yaradacaq.

Qonaqlar adından danışan Qaraçay-Çərkəz Respublikasının müftisi İsmail Berdiyev prezident İlham Əliyevlə görüşlərindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiklərini deyib. O, "2017–İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunması işinə verdiyi dəstəyə görə Azərbaycan prezidentinə dərin təşəkkürünü bildirib, tədbirin xalqlar arasında dostluğun möhkəmlənməsi işinə töhfə verdiyini məmnunluq hissi ilə qeyd edib.

Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edən İ. Berdiyev onun Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyi siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Qonaq hər dəfə olduğu kimi, Azərbaycana budəfəki səfərləri zamanı da ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını qeyd edib.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın son illər əldə etdiyi sürətli iqtisadi inkişafın təmin olunmasında, xalqımızın rifah halının yaxşılaşdırılmasında cəmiyyətimizdə hökm sürən sabitlik, müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə şəklində mehriban yaşamaları böyük rol oynayır. Müsəlman ölkələrində narahatlıq doğuran problemlərin mövcud olduğunu deyən Prezident İlham Əliyev bunların aradan qaldırılması üçün müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin böyük önəm daşıdığını deyib və Azərbaycanın bu işə bundan sonra da töhfə verməkdə davam edəcəyini vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol