• $
  • €
  • ₽
  • ₺
  • £

Generaldan oğlunun Röya ilə sevgili olmasına sərt reaksiya - FOTO

Generaldan oğlunun Röya ilə sevgili olmasına sərt reaksiya - FOTO
29.05.2020 04:04
Bir neçə gün bundan əvvəl Azərbaycanın əməkdar artisti Röya Ayxanın yeni sevgi münasibətinə başlaması ilə bağlı xəbər yayılmışdı. 

Yayılan xəbərdə Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, general-leytenant Bakı korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşadığı bildirilirdi.

35 yaşlı müğənninin sevgilisinin özündən yaşca kiçik, 28 yaşlı Telman Əkbərovun olduğu qeyd edilmişdi. 

Qaynarinfo xəbər verir ki, "Bizim Yol" yayılan xəbərlə bağlı Milli Qəhrəman, general-leytenant, Bakı korpusunun komandiri Rövşən Əkbərovla əlaqə saxlayıb.O saytımıza açıqlamasında oğlu ilə bağlı yayılan xəbərin yalan olduğunu bildirib: 

"Bu jurnalistlərin işi-gücü yoxdur. Vətəndən, torpaqdan yazın. Bu yalan, cəfəngiyatdır. Kim tərəfindən uydurulub, ötürülüb onu da bilirəm. Bu barədə oğlumla da danışmışam, onun Röya xanımla heç bir əlaqəsi yoxdur. Müğənni kimi şəkli ola bilər, məşhur müğənnidi, hamı şəkil çəkdirə bilər. Orda mənimlə qoyulan şəkli də, Röyanın qardaşı mənim yanımda xidmət edib. Andiçmə zamanı yanıma gələndə çəkilib. Orda da yüzlərlə valideyn olub, Röya xanım da iştirak edib. Belə cılız söhbətlər lazım deyil.

Mən torpaqlarımızı necə xilas edəcəyimizi fikirləşirəm. Ali Baş Komandanımızın əmrini gözləyirəm. Cənab prezident nə vaxt əmr etsə biz hazırıq. Hazırda ordumuz çox güclüdür, bundan yazmaq lazımdı. Yoxsa, belə mənasız söhbətlər heç kimə lazım deyil".
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol