• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan toylarında yeni trend

Azərbaycan toylarında yeni trend
29.05.2020 06:31
"Həmişə toylarda"-bir vaxtlar hamının böyük ürək və həvəslə səsləndirdiyi bu arzunu indi kiməsə deyəndə "həmişə nədir, bezmişəm salam verdiyim adamların toyuna getməkdən" cavabını verir. Bəli, qəribə də olsa, bir dəfə hansısa tədbirdə, qonaqlıqda təsadüfən görüşüb, tanış olduğun adam üstündən 1 ay keçməmiş dəvətamə göndərir. Hələ bu harasıdır?! İndi insanların çoxu "devalvasiyadan sonra vəziyyət yaman pisləşib" fikrini əlində bayraq tutaraq, dəvətnamə göndərdiyi adama bir də zəng edir: "Toya gələcəklərin siyasıhısını dəqiqləşdiririk". Bu məqada isə sənin toya getməmək fikrinin üstündən xətt çəkilir. Toya nəmər üçün yazılacaq pulun olmasa da məcburən "gələn ayın maaşında qaytararam" düşüncəsilə birindən borc tapırsan. Amma bütün bunlara nə lüzüm var?...

BiG.AZ xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa da modern.az-a toya adətlərimizin getdikcə qəribə hal almasında gileyini bildirib:


"Milli adətlərimizin içində ən maraqlısı toya dəvət etmə prosedurası sayıla bilər. Adam dəvətnamə göndərir və ya şəxsən özünə təqdim edir. Toy günü bir də zəng edir ki, "bəs kiminlə oturmaq istəyirsiniz? Demək, dəvətnamədən sonra da insana gedib-getməmə seçimini vermək istəmirlər. Ötənlərdə bir uzaq tanışım zəng edib ki, "bəs bu gün qızının toyudur, bilmək istədim dəvətnamə sizə çatıb, yoxsa yox. Bir də bilmək istərdik ki, harada və kiminlə oturmaq istəyirsiniz?"

Adama xatırladıram ki, bir həftə öncə filan tədbirdən çıxanda dəvətnaməni şəxsən özünüz mənə vermisiniz. Dəvətnamə yerə də düşməyib, məndən başqa da yanımızda kimsə olmayıb ki, səhvən ona verəsiniz və sair və ilaxır. Oturmağa gəldikdə isə, bizim vəhşi toy məclisində səs terroru o qədər vahiməlidir ki, imkan olsa foyeyə bir stul qoyub orada sakit oturub çaydan-zaddan içərəm".

Deputat bildirir ki, bu cür dəvətlər insanın müsbətə kökləndiyi toy abu-havasını öldürür:

"Gəlməsən inciyərik də deməzlər, ayıbdır, dur gəl deyərlər. Üstəlik də yas məclisində olduğu kimi, toyunda da saxtakarlıq baş alıb gedən gözəl məmləkətim. Yasda vəzifəli şəxs gələn kimi hamı durub yerini ona verir, toyda da masa imtiyazı nəzərdə tutulur. Toyunda, yasında belə səmimiyyəti itirmiş bir toplumun durumuna acımaya bilmirsən. Bu cür azərbaycansayağı dəvətdən sonra indi gəl şənlən görüm, necə şənlənirsən..."
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol