• $
  • €
  • ₽
  • ₺
  • £

İşdə uğur qazanmağın inanılmaz SİRRİ...

İşdə uğur qazanmağın inanılmaz SİRRİ...
08.04.2018 22:29

Həyatda nail olduğumuz bütün uğurların arxasında dostlarımızın da layiqli yeri var. Araşdırmalar sübut edir ki, gündəlik qayğısı, daimi işi olan insanlar dostları ilə ünsiyyətə çox vaxt sədd çəkirlər. Psixoloqlar düşünür ki, dost dediklərimiz doğum günlərimizdə, həyatımızda baş verən əlamətdar hadisələrdə, ailədaxili və iş problemlərində yanımızda olan insanlardır.

Day.Az xəbər verir ki, onların fikrincə, məhz bu insanlar bizim fiziki və psixoloji durumumuza təsir etmək gücünə malikdirlər. Yəni, dostluq nəinki psixoloji halımıza, həmçinin orqanizmimizin fəaliyyətinə müsbət təsir edir. Məsələn, daimi əhatəsi olan insanlar bir sıra xəstəliklərə tutulmaq riskindən azaddırlar və bu ünsiyyət ölüm təhlükəsini iki dəfə azladır.

Araşdırmalar zamanı bəlli olub ki, təəssüf hissimizin mənbəyində daha çox sevgi və iş münasibətləri durur. Mayk Morrison və Kay Estüdün 1300 nəfərlə apardıqları sorğu əsasında bəlli olub ki, insanların kədərinə səbəb olan əsas amil münasibətlərdəki uğursuzluqdur. Ən pisi isə insanların tənhalıqdan əziyyət çəkmələridir. Bu siyahıda dostluq münasibətlərinə görə təəssüflənənlər səkkizinci sırada yer alır. Belə çıxır ki, dostları itirmək qorxusu bizi sevgilimizdən ayrılmaqdan daha az maraqlandırır. Səbəb isə dost anlayışının daim dəyişməsidir. Yəni biz bu gün işimizi dəyişsək, tədricən əhatəmizi dəyişməyi də gözə alırıq. Lakin əsl dostluq münasibətləri hər birimizin həyatında kifayət qədər azdır. Doğrudur, sosial şəbəkələrdə dost siyahımız yüzlərlə, hətta minlərlə insandan ibarət ola bilər. Lakin tutaq ki, yeni mənzilə köçərkən onların hamısından yardım istəyəcək qədər səmimiyikmi? Yaxud, hamısının doğum günü yaddaşımızdadırmı?

 

Araşdırmalar həmçinin göstərir ki, 30 il əvvəl insanların səmimi dostlarının sayı daha çox idi. İlbəil bu göstərici azalaraq, mənəviyyatımıza da mənfi təsir edir.

Unutmaq olmaz ki, həyatımızdakı dostlarımız karyeramızda irəliləməyimizə də təkan verirlər. Belə ki, onların varlığı bizi işimizdə daha məhsuldar və pozitiv edir. Odur ki, dostluq əlaqələrimizi möhkəmləndirmək üçün səy göstərməliyik. Araşdırmalar zamanı həmçinin bəlli olub, ki, kişilər dostluqda qadınlardan daha məsuliyyətsiz və unutqan olurlar. Lakin bu göstərici ölkəmizdə yəqin ki, əksinədir.

Doğrudur, zaman keçdikcə dostlarımızla ümumi maraqlarımız azala bilər. Lakin mütləq hamımızın sevdiyi mövzular da var. Məsələn, hansısa xörək, yaxud filmdən zövq ala bilərik. Bu da həftə sonları bir yerə toplaşmaq üçün əsas bəhanə ola bilər. Çağdaş insanın əsas problemlərindən biri də başqa ölkəyə köçən zaman ürəyini sıxan tənhalıqdır. Məsələn, Nyu-Yorkda doğulub, böyüyən biri, işləmək üçün Sinqapura köçərsə, təbii ki, ünsiyyət problemi yaşayacaq. Bu durumda onlayn münasibət köməyimizə çatsa da, real həyatımızda görüşüb, söhbətəşə biləcəyimiz yaxınlarımıza ehtiyac duyuruq. Başda da qeyd olundu ki, karyeramızda uğur qazanmaq üçün bu münasibətlərə sadəcə möhtacıq. Çünki arxalanacağımız dostlarımızın olması bizə ruh yüksəkliyi və sağlam həyat bəxş edir. (publika.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Cəmiyyət 22:58
Abşeronda külək hasarı avtomobillərin üzərinə aşırıb
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Cəmiyyət 16:38
Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol