• $
  • €
  • ₽
  • ₺
  • £

Detallar açıqlandı: “3 günlük döyüş və ermənilər geri oturduldu”

Detallar açıqlandı: “3 günlük döyüş və ermənilər geri oturduldu”
10.06.2018 18:27
Ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500 və 2000 metrə çatır ki, bu da hərbi nöqteyi-nəzərdən çox böyük strateji əhəmiyyət kəsb edir.
Bunu Axar.az-a Azərbaycan Ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Azərbaycan Ordusunun son əməliyyatlar nəticəsində qarşısına qoyduğu bütün məqsədlərə çatdığını deyib:
"Əlbəttə ki, Azərbaycanın Ordusu düşmənin xain hərəkətlərinin qisasını bir gün alacaqdı. Son iki ayda aparılan ciddi hazırlıqlardan sonra növbəti əməliyyat da uğurla nəticələndi. Əməliyyat təkcə Günnüt deyil, daha iki kəndin tutduğu əraziləri əhatə edirdi. Çox ciddi döyüşlər nəticəsində Azərbaycan tərəfindən cəmi bir itki oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi. Ermənilər həmin ərazidə çox az sayda hərbi postlar qurmuşdular, ona görə də buranı neytral bölgə adlandırırdılar. Bütün bunlara baxmayaraq, döyüş əməliyyatları başlayan zaman əraziyə Ermənistan ordusunun yeni dəstələri də cəlb edilmişdi. Ancaq Naxçıvan Əlahiddə Qoşunu müasir döyüş üsulları və texinkası hesabına qısa müddətdə ermənilər geri oturtdu. Nəticədə Ermənistanın nəzarət etdiyi, əslində isə Naxçıvana məxsus olan və Günnüt kəndi də daxil olmaqla sonradan neytral zona kimi tanınan ərazilər azad olundu”.
Politoloq bildirib ki, strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır:
"Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Çünki həmin yüksəkliklərdən İrəvana qədər olan əraziyə və İrəvan-Yexeqndzor-Laçın-Xankəndi yoluna tam nəzarət etmək və buradan istənilən zərbəni endirmək imkanlarını təmin edən ərazi artıq ordumuzun nəzarətindədir. Azərbaycan bununla döyüş meydanında çox böyük strateji qələbə əldə edə və lazım gələrsə, düşmənin təhdidlərinə qarşı bu ərazilərdən istifadə etməklə Ermənistana, Dağlıq Qarabağ və işğal altında olan ərazilərə güclü raket və artilleriya zərbələri endirə biləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol