• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhəyanı rayonlarda ağlasığmaz korrupsiya - Əhalinin təxliyyə pulları "yeyilib"

Cəbhəyanı rayonlarda ağlasığmaz korrupsiya - Əhalinin təxliyyə pulları "yeyilib"
29.05.2020 08:47
2016-cı il aprel hadisələri zamanı cəbhəyanı rayonların icra hakimiyyətlərinin yeyintisi ilə bağlı maraqlı məlumatlar əldə etmişik.

Sonxeber.az xəbər verir ki, Yenicag.az-a adının açıqlanmasını istəməyən bir neçə icra nümayəndəsinin verdiyi məlumata görə, aprel döyüşləri zamanı insanların cəbhə xəttinə yaxın kəndlərdən təxliyyəsi üçün hər ailə başına 50 manat dövlət tərəfindən pul ayrılıbmış. Bu məbləğin ayrılmasında məqsəd vətəndaşların kəndlərdən çıxarılması zamanı avtomobilə yanacağın alınması və yaxud taksilərdən istifadə olunarsa, onlara ödənilməsi olub.

Əldə etdiyimiz məlumata görə, həmin günlər ərəfəsində icra başçıları icra nümayəndələrinə dövlət tərəfindən pulun ayrılması barədə məlumat verib və pulun paylanması üçün sənədlər imzaladıblar. Ancaq onlara heç bir pul ödənilməyib.

Döyüşlər bitdikdən sonra isə icra nümayəndələrinə bildirilib ki, ayrılmış pullar yenidən dövlət büdcəsinə göndərilib. Həmin günlər ərzində vətəndaşların evlərinə dəfələrlə gedib-gəlməsini nəzərə aldıqda, bu pula ehtiyaclarının olduğu gün kimi ortadadır. Dövlət tərəfindən ayrılmış pulun vətəndaşlara verilməməsi və sonradan guya dövlət büdcəsinə qaytarılması fikri inandırıcı görsənmir. İcra nümayəndləri bildirir ki, həmin pullar icra başçıları tərəfindən mənimsənilib.
Digər maraqlı bir fakt isə xarici təşkilatların döyüşlər zamanı oyuna gətirilməsi olub. Əldə etdiyimiz məlumata görə, bir neçə xarici təşkilat kəndlərindən təxliyyə edilmiş şəxslərin yerləşdirilməsi üçün icra hakimiyyətlərinə çadırlar verib. Ancaq həmin çadırlar heç bir yerdə qurulmayıb. Çadırların satıldığı deyilir.
Cəbhəyanı rayonların sakinləri ilə söhbət zamanı məlum olur ki, onlara nə yanacaq pulu verilib, nə də çadır görüblər.

Məsələ ilə bağlı geniş araşdırmanı sizə təqdim edəcəyik.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol