• $
  • €
  • ₽
  • ₺
  • £

"Hamilə qadın necə şpaqat açar?" - Roza Aytən haqda

"Hamilə qadın necə şpaqat açar?" - Roza Aytən haqda
28.05.2020 23:17
"Maşın şou"nun qalibi müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib. 


Anews.az xəbər verir ki, lent.az-ın canlı yayımında qonaq olan ifaçı bir çox məqamlara toxunub. O, ilk öncə bloqqer Hüseyn Əzizoğlu barədə danışıb: 



"Hüseyn yaxşı uşaqdır. Guya məndən küsüb. Dünən bir tədbirdə idik, onu orada qucaqlayıb öpdüm. Hüseyn deyirdi ki, məni real həyatda da görmək istəmir. Hələ uşaqdır, gəncdir, ona görə də çılğındır. Bir insanı psixoloji tanıya bilmir. Mən oyunda hər kəsdən istifadə etdim. 3 dəfə səsverməyə çıxdım. Xeyir ola? 3 səsvermədə də qalib oldum”.


İfaçı daha sonra bildirib ki, əməkdar artist Abbas Bağırov öz səhvinə görə oyundan uzaqlaşdırılıb: 


"Abbasın orda məndən başqa rəqibi yox idi. O, güclü rəqib idi. Səs verməyə görə yox. Mənə qarşı 3 dəfə səs istəyib. Amma mən ona deyəndən sonra səs istədi. Halbu ki mən ona demədən etməli idi. Hər gün Abbas idmandan gələn zaman otağına keçirdi. Amma onun əhatəsində olan insanlar yarışı tərk edəndən sonra otağıma gəldi. Ona dedim ki, səsverməyə sən çıx. O da dedi ki, baxaram. Söylədim ki, səsverməyə çıxsan, kimi oyundan uzaqlaşdıracaqsan? O da mənim gözümə baxıb, dedi ki, səsi toplayım, bilərsən. Onun cavabı məni qane etmədiyi üçün oyundan uzaqlaşdırıldı”. 


Müğənni aparıcı Aytən Səfərova haqqında dedikləri ilə hər kəsi təəccübləndirib. O, Səfərovanı hər kəsi aldatmaqda ittiham edib: 


"Mətanət Əliverdiyeva şouda şpaqat açanda, bunu bütün sosial mediada yaydılar. Heç kim bilmir, amma Mətanətdən sonra Aytən də şpaqat açmışdı. Lakin bu kadrlar heç yerdə göstərilmədi. Mən başa düşmürəm, hamilə qadın necə şpaqat açar?".


Daha sonra Roza Zərgərli şouda telefon işlətməmələri barədə də maraqlı açıqlama verib:


"Bizə telefon işlətməyə icazə vermirdilər. Hüseynin elə bir yerindən telefon çıxdı ki, biz gülməkdən öldük".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol