• $
  • €
  • ₽
  • ₺
  • £

Qüdrət Qurbanovun qurumunda BİABIRÇILIQ

Qüdrət Qurbanovun qurumunda BİABIRÇILIQ
23.06.2018 12:13
Xəbər vermişdik ki, Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyası idmançılarını itirə bilər. Həmin qurumun yetişdirmələri başqa bayraq altında mübarizə apara, onların şərəfini qoruya bilər.

Belə ki, Azərbaycanda heç kim olimpiya növü olan bu idmanla 18 yaşdan sonra məşğul ola bilmir. Bunun üçün böyük maneələr var. Dövlət Dəniz Agentliyinin rəisi Qüdrət Qurbanovun rəhbəri olduğu federasiya ciddi təhlükə ilə üz-üz qalıb. Bu barədə federasiyanın inzibatçısı Nurlan Abdullayev Unikal.org-a müsahibəsində bildirmişdi.

Məsələ ilə bağlı Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Tural Museybzadə açıqlama verib.

BiG.AZ xəbər verir ki, qurum rəsmisi Unikal.org-a danışarkən N.Abdullayevi tanımadığını, elə bir işçinin olub-olmadığından xəbərsiz olduğunu deyib. O, həmçinin bildirib ki, 18 yaşı tamamlayan yelkənli qayıq sürənlərin karyerasını bitirməsi və ya ölkəni tərk etməsi doğru deyil:

"O müsahibə sizə kim verib bilmədim. Amma əslində elə deyil. Bizim federasiyada "Optimist” və "Laser” sinfi var. "Optimist” tipli qayıqlarda 16 yaşa qədər idmançılar yarışa bilir. Bu da Beynəlxalq Yelkənli İdman Federasiyası tərəfindən rəsmən təsdiq olunub. 1974-cü ildə yaranıb. "Laser” sinfi də 140-dan artıq ölkədə istifadə olunan yelkən növüdür. Eyni zamanda bizim federasiyada bu sinif üzrə hazırlanır. "Laser” tipli qayıqlardan 18 yaşdan yuxarı istənilən şəxs istifadə edə bilər. Biz bunu nümayiş etdirmişik. Bizim hətta dənizkənarı bulvarda yarışımız da oldu. Orada bizim "Laser” sinfindən olan idmançılarımız da yarışırdı. Nə edə bilərik ki, bizə böyük yaş qrupundan idmançılar qatılmayıb”.

Xəbər vermişdik ki, Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyası idmançılarını itirə bilər. Həmin qurumun yetişdirmələri başqa bayraq altında mübarizə apara, onların şərəfini qoruya bilər.

Belə ki, Azərbaycanda heç kim olimpiya növü olan bu idmanla 18 yaşdan sonra məşğul ola bilmir. Bunun üçün böyük maneələr var. Dövlət Dəniz Agentliyinin rəisi Qüdrət Qurbanovun rəhbəri olduğu federasiya ciddi təhlükə ilə üz-üz qalıb. Bu barədə federasiyanın inzibatçısı Nurlan Abdullayev Unikal.org-a müsahibəsində bildirmişdi.

Məsələ ilə bağlı Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Tural Museybzadə açıqlama verib.

Qurum rəsmisi Unikal.org-a danışarkən N.Abdullayevi tanımadığını, elə bir işçinin olub-olmadığından xəbərsiz olduğunu deyib. O, həmçinin bildirib ki, 18 yaşı tamamlayan yelkənli qayıq sürənlərin karyerasını bitirməsi və ya ölkəni tərk etməsi doğru deyil:

"O müsahibə sizə kim verib bilmədim. Amma əslində elə deyil. Amma bizim federasiyada "Optimist” və "Laser” sinfi var. "Optimist” tipli qayıqlarda 16 yaşa qədər idmançılar yarışa bilir. Bu da Beynəlxalq Yelkənli İdman Federasiyası tərəfindən rəsmən təsdiq olunub. 1974-cü ildə yaranıb. "Laser” sinfi də 140-dan artıq ölkədə istifadə olunan yelkən növüdür. Eyni zamanda bizim federasiyada bu sinif üzrə hazırlanır. "Laser” tipli qayıqlardan 18 yaşdan yuxarı istənilən şəxs istifadə edə bilər. Biz bunu nümayiş etdirmişik. Bizim hətta dənizkənarı bulvarda yarışımız da oldu. Orada bizim "Laser” sinfindən olan idmançılarımız da yarışırdı. Nə edə bilərik ki, bizə böyük yaş qrupundan idmançılar qatılmayıb”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol