• $
  • €
  • ₽
  • ₺
  • £

Spiker: İnanırsınız ki, Azərbaycanda hakim istefa verəcək?

Spiker: İnanırsınız ki, Azərbaycanda hakim istefa verəcək?
29.06.2018 19:38
Deputat Qüdrət Həsənquliyev parlamentdə  "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı iradlarını bildirib.
Oxu.Az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, dəyişikliklər hakimlərin müstəqilliyinə xidmət edir, lakin bu problemi tam həll etmir. 
Millət vəkili qanunun yenidən işlənməsini təklif edib:
"Bu gün hakimlərin beş ildən bir qiymətləndirilməsi hakimlərin müstəqilliyinə ciddi şəkildə ziyan vurur. Bizdə hər beş ildən bir hakimlərin fəaliyyəti qiymətləndirilir, peşəkar çatışmazlıq aşkar ediləndə hakim vəzifəsindən kənarlaşdırılır. Bu gün təklif edilən dəyişiklikdə onlara bir şans daha verilir”.
Onun sözlərinə görə, hakimlər xüsusi tələblərlə seçilir, onlara qarşı müəyyən tələblər var. Bu mənada, peşəkar çatışmazlığı olan hakimin olması halları məhduddur:
"Hakimlər mülki, cinayət işlərinə baxanda hər hansı qanunu pozanda prokuror, müdafiə tərəfi müdaxilə edə bilir. Beş ildən bir qiymətləndirmə hakimləri asılı vəziyyətdə saxlayır. Bu məsələ ləğv edilməlidir.
Hakim qanunu pozanda ondan şikayət vermək hüququ qanunla tənzimlənir. Vəzifə səlahiyyətindən istifadə etmə, özünü pis aparmasına görə, saxtakarlıq kimi hallarda da vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilir.
Yalnız cinayət törədəndə onun məsuliyyətə cəlb edilməsini qanuna daxil etməliyik. BMT tələblərinə uyğun olaraq hakimlər ömürlük təyin olunanda, vəzifənin icrası ilə bağlı müəyyən yaş həddi olanda müstəqil olurlar.
Bizdə 68 yaşdır və hesab edirəm ki, bu, artırılmalıdır. Onsuz da hakim işləyə bilmədiyini görəndə istefa verəcək. Ölkəmizdəki hakimlərin mövcud problemi hakimlərin müstəqilliyi, əməkhaqqının az olmasıdır”.
Spiker Oqtay Əsədov isə bildirib ki, hakimlərin öz istəyi ilə istefa verməsi gözlənilən deyil:
"Siz inanırsınız ki, Azərbaycanda hakim istefa verəcək? Öz sözünüzə özünüz də inanmırsınız”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol