• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov işgəncə görüntüsündən danışdı – VIDEO

Vaqif Əsədov işgəncə görüntüsündən danışdı – VIDEO
09.07.2018 10:55
"Qazel” markalı avtomobilin inəyi maşının arxasına bağlayaraq, sürmək yol hərəkəti qaydalarının pozulmasıdır. Həmin şəxsin törətdiyi xəta ilə bağlı inzitabi məsuliyyət nəzərdə tutulub.

Bu sözləri Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Yasamal rayonunda inəyi hərəkətdə olan maşının arxasına bağlayaraq, işgəncə verən sürücü haqqında danışarkən deyib. O bildirib ki, bu cür hallarda sürücülərlə bağlı araşdırmalar aparılır:

"Əvvəlcə araşdırma aparılaraq, sürücü aşkarlanır və ondan izahat alınır. Bundan sonra sürücünün törətdiyi xəta ilə bağlı tədbirlər görülür. Ümumiyyətlə, heyvanlara bu cür zorakılıq əməli yolverilməzdir. Bir müddət əvvəl də buna oxşar hadisə baş vermişdi. Onda da "Qazel” markalı avtomobil iti maşına bağlayaraq sürmüşdü. Bunla əlaqədar tədbirlər də görüldü”.

Qeyd edək ki, "Bizim yol” qəzeti Yasamal rayonunda 10 LO 913 dövlət nömrə nişanlı "Qazel” markalı avtomobil sürücüsünün inəyi maşının arxasına bağlayaraq sürməsinin görüntüsünü yayıb. Sürücünün əməli sosial şəbəkələrdə kəskin tənqid olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol