• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının icra başçıları kimlər olub? – Ticarətçi, kommunist, deputat…

Bakının icra başçıları kimlər olub? – Ticarətçi, kommunist, deputat…
17.07.2018 21:30
Xəbər verdiyimiz kimi, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.
Prezident İlham Əliyevin sərəncamı ilə o, Bakı şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda Bakı şəhəri İcra Hakimiyyəti başçısı vəzifəsi boş olduğu üçün paytaxta müvəqqəti rəhbərliyi də hazırda Eldar Əzizov həyata keçirir.
Bizimyol.info xəbər verir ki, azxeber.com indiyə qədər paytaxta rəhbərlik etmiş şəxslərlə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki:
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin ilk başçısı Ağasəlim Bağırov olub. 1992-ci ilin aprel ayının 15-dən iyul ayının 4-nə qədər bu vəzifədə çalışan A.Bağırov eyni zamanda ölkəmizin Ticarət naziri olub. Qatı kommunist olan A.Bağırovun hazırda vəfat etdiyi, Bakı kəndlərindən birində dəfn olunduğu iddia olunur.
Paytaxtın ikinci icra başçısı Rauf Gülməmmədov olub. 1992-ci ilin 4 iyul tarixindən 1993-cü ilin 3 iyul tarixinə qədər Bakıya rəhbərlik edən R.Gülməmmədov eyni zamanda Baş nazirin müavini, Bakı Baş Tikinti İdarəsinin rəisi, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1999-cu il 21 iyun tarixində vəfat edən R.Gülməmmədov paytaxt məzarlıqlarından birində dəfn olunub.
Paytaxtın üçüncü icra başçısı Rəfael Allahverdiyev olub. 1993-cü il iyul ayının 3-dən 2000-ci ilin oktyabr ayının 16-na qədər 7 il bu vəzifədə çalışan R.Allahverdiyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983-1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub. 11 yanvar 2009-cu ildə vəfat edən R.Allahverdiyev Bakıda dəfn olunub.
Paytaxtın dördüncü icra başçısı Hacıbala Abutalıbov olub. 2001-ci il yanvar ayının 30-dan 2018-ci il aprel ayının 21-nə qədər 17 il bu vəzifədə çalışan H.Abutalıbov hazırda Baş nazirin müavinidir. Mer təyinatına qədər Suraxanı rayon İcra Hakimiyyətinin başçısı, baş nazirin müavini vəzifələrində çalışan H.Abutalıbov ən qalmaqallı məmurlardan olub.
Onun vəzifədən azad olunduğuna dair müxtəlif illərdə informasiyalar yayılsa da, bu xəbərlər heç zaman təsdiqini tapmayıb. Hazırda Bakı şəhər İcra Hakimiyyətinə yeni başçı təyin olunmasa da, Prezidentin İlham Əliyevin dünənki sərəncamı ilə Eldar Əzizov Bakı meriyasına birinci müavin gətirilib və mer səlahiyyətlərinin icrası müvəqqəti olaraq ona tapşırıldı.
61 yaşlı Eldar Əzizov bu vəzifə təyinatına qədər Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Xatırladaq ki, ictimaiyyətin yaxından tanıdığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti, mərhum Fuad Musayev də 1983-1988-ci illərdə paytaxta rəhbərlik edib. Bakı şəhər Partiya Komitəsinin I katibi olan F.Musayev eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini işləyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol