• $
  • €
  • ₽
  • ₺
  • £

Müştərilər MCS agentliyinin xidmətini yüksək qiymətləndirir

Müştərilər MCS agentliyinin xidmətini yüksək qiymətləndirir
29.05.2020 05:26
Media Consulting and Services media monitorinq xidmətininkeyfiyyətini öyrənmək və müştəri məmnunluğunun səviyyəsini ölçmək məqsədilə müştəriləri arasında sorğu keçirib.

Müştərilərin 35%-ni əhatə edən araşdırma Google-un sorğu forması vasitəsilə aparılıb. Müştəri məmnunluğunu və xidmətin keyfiyyətini ölçmək üçün aparılan sorğuda respondentlərə 4 sual təqdim olunub və cavablar anonim şəkildə qəbul olunub.

Sorğuya qatılan müştərilər şirkətin təqdim etdiyi xidmətə 5 ballıq sistemdə 57%-i "əla”, 40%-i "yaxşı”, 3%-i isə "kafi” qiymətini verib.

İştirak edənlərin 87%-i problemlərin tez, 10%-i gec aradan qaldırıldığını, 3%-i heç aradan qaldırılmadığını qeyd edib. Müştərilərin 50%-i şirkətin xidmətindən istifadə edən gündən indiyə qədər bir problemlə qarşılaşmadığını və ya problemin olmadığını, 5%-i qəzet məlumatlarının gec gəlməsi, 5%-i xəbərlərin gecikməsi, 5%-i medianı tam əhatə edə bimədiyimizi qeyd edib. Respondentlərin 35%-nin verdiyi cavablar isə şirkət tərəfindən ünvanlan suallara uyğun olmayıb. Sorğuda iştirak edən müştərilər media monitorinqlə bağlı MCS-ə çoxsaylı arzu və təkliflərini bildirib.

Media Consulting and Services öz müştərilərinə sorğuda iştirak etdiklərinə və səmimi cavab verdiklərinə görə təşəkkür edir.

Şirkət öz fəaliyyətində müştəri məmnunluğunu əsas tutaraq, irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdıracağını və yaxın günlərdə təqdim etdiyi xidmətdə nəzərə alacağını bildirir.

Yarandığı gündən keyfiyyətli xidmətə üstünlük verən, müştəri məmnunluğunun artırılması istiqamətində çalışan şirkət bundan sonra da media monitorinq xidmətini modern və münasib qiymətlərlə müştərilərinə təqdim edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol