• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalanda film kimi oğurluq kameraya düşüb - VİDEO

Xırdalanda film kimi oğurluq kameraya düşüb - VİDEO
30.07.2018 12:51
Milli.az-a müraciət edən Rumiyyə adlı qadın həyatlarının təhlükədə olduğunu bildirib. Ana-bala olduğu iddia edilən iki qadının "peşəkar" oğurluqları qapıya yerləşdirilən kamera vasitəsi ilə anbaan qeydə alınıb.

Zərərçəkən polisin məsələni araşdırmaqdan imtina etdiyini bildirib:

"2 gün əvvəl axşam saat 9-da bizim hamımız evdə ola-ola mənzilin qapısının yanındakı şkafı açıb, oğurluq etdi 2 nəfər. Bəlkə də ana-bala idi. Polisə məlumat verilib.

Lakin maddi zərər azdır deyib, polis işlə maraqlanmır. Gözləyirik hələ polisin gəlməyini.

Əllərinə, sadəcə, drel keçib, onu aparıblar. Əlimizdə videogörüntülər var.

Oğurlanan drelin davasını çəkmirik. Evdə olduğumuzu bilə-bilə, səsləri eşidə-eşidə axşamüstü gəlib oğurluq edən biri, gecə gələr evimizdə xətər törədər bizlərə. Ondan ehtiyat edirik. Onların həm öyrədilmiş şəxslər olduğundan şübhələnirik. Çünki o evdə 2 aydır "remont" bitib, mənzil mansardadı. Ora da lift qalxmır. Bunlar binada cəmi 6 dəqiqə olub və maraqlıdır ki, necə ağıllarına gəlib ki, liftlə 10-cu mərtəbəyə qalxıblar. Oradan da 1 mərtəbə yuxarı qalxıblar. Əvvəl qapıya açar salırlar, açılmır. Qadın çantasından dəmir çıxarır. Ucunu əyir, "zamok"u 5 saniyə çəkmədən açır. Baxır, əlinə keçən dreli götürüb heç nə olmamış kimi uzaqlaşır, binadan gedirlər.

Biz 5 dəqiqə fərqlə əlimizdən buraxdıq. Belə professional "zamok" qıran qadının əminəm ilk oğurluğu da deyil".

Hadisənin anbaan görüntülərini təqdim edirik:

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol