• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 500 minlik turizm fırıldağı – VİDEO

Bakıda 500 minlik turizm fırıldağı – VİDEO
03.08.2018 10:20
Yay istirahətini xaricdə keçirmək istəyənlər diqqətli olsun. Çünki turizm sektorunda fırıldaqçılar peyda olub.
 
Anews.az-ın xezerxeber.az-a istinadən verdiyi məlumata görə, onlarla şəxs xaricə istirahətə göndərilmək adı ilə aldadılaraq pulları mənimsənilib.
Şikayətçilər iddia edirlər ki, Günel Şıxıyeva adlı vətəndaş insanları aldadaraq onlara ucuz aviabilet və sərfəli turpaket vəd edib. Lakin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə onları aldadıb.

İddialara görə, G. Şıxıyeva vətəndaşlarla yanaşı turizm şirkətlərini də bilet satmaq adı ilə aldadıb. Şikayətçilər deyir ki, o, bir neçə dəfə eyni turizm şirkətindən müştərilər üçün bilet alıb. Özünə inam yaratdıqdan sonra isə həmin şirkətlərdən bilet alsa da, sonradan onların pulunu verməyib.
Maraqlısı burasındadır ki, aldadılanların heç biri verdiyi pulun qarşılığında sənəd tələb etməyib. Dələduz qadın isə insanları aldatmaq üçün onlara saxta biletlər verib.

Şikayətçilər deyir ki, "turizmçi” hazırda öz işinin başındadır və qurbanlarının sayı günü-gündən artır. Aldadılan insanlar məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol