• $
  • €
  • ₽
  • ₺
  • £

İşsiz gənclərə ŞAD XƏBƏR

İşsiz gənclərə ŞAD XƏBƏR
03.08.2018 13:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Gənclərin əmək haqlarının maliyyələşdirilməsi Pilot Proqramının təşkili Tələbləri” hazırlanaraq nazirliyin müvafiq Əmri ilə təsdiq edilib.

Bu barədə BAKU.WS-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Pilot Proqram Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə icra olunan "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası çərçivəsində həyata keçiriləcək. Məqsəd ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış, ali, orta-ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrini bitirmiş, iş təcrübəsi olmayan və əmək bazarına daxil olmaqda çətinlik çəkən 18-29 yaşlı gənclərə məşğulluq imkanlarının yaradılmasıdır.

Tələblərə əsasən, iştirakçıların seçilməsi üçün Komisiya yaradılacaq. Komissiya tərəfindən Bakı şəhərinin hər rayonu üzrə gender bərabərliyi əsasında 12 namizəd təqdim edilməklə, ümumilikdə 144 gənc arasından ilkin müsahibədə 96 nəfər, işəgötürənlərin iştirakı ilə keçiriləcək ikinci müsahibədə isə 96 nəfərdən 48 nəfər (hər rayon üzrə 4 nəfər) seçilməklə proqrama cəlb olunacaq. İştirakçıların seçimi üçün qiymətləndirmə motivasiya (əmək bazarına daxil olmağa, peşə və karyeraya marağın olması), işə qəbul olunduqları vəzifəyə dair baza bilikləri, şəxsi keyfiyyətlər (kollektivdə işləmək, ünsiyyət, qərarvermə bacarıqları və s.) əsasında aparılacaq.

Layihə iştirakçılarının sayı (48 nəfər) proqramın texniki şərtlərində müəyyən edilmiş maliyyə vəsaitinə uyğun olaraq müəyyən edilib.

Qiymətləndirmə nəticəsində müəyyən olunmuş iştirakçılar qeyri-neft sektoru üzrə kiçik və orta sahibkarlıq subyektləri arasından seçilmiş işəgötürənlər tərəfindən işə qəbul olunacaqlar.

İşlə təmin edilmiş gənclərin vəzifə üzrə əmək haqlarının 12 ay ərzində 50 faizi BƏT tərəfindən müvafiq işəgötürənə ödəniləcək. Əmək haqqının qalan hissəsi, habelə əmək haqqına əlavələr, mükafatlar və digər ödənclər isə işəgötürənin özü tərəfindən ödəniləcək. Tələblər işə qəbul olunacaq gənclərlə əmək müqaviləsinin ən azı 24 aylıq (3 ay sınaq müddəti müəyyən edilməklə) müddətə bağlanılmasını nəzərdə tutur. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol