• $
  • €
  • ₽
  • ₺
  • £

“Fədayə ilə “Qoca”nı tabor komandirinin tapşırığı ilə görüşdürdüm” - Qarovul rəisi

“Fədayə ilə “Qoca”nı tabor komandirinin tapşırığı ilə görüşdürdüm” - Qarovul rəisi
29.05.2020 04:53
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.
 
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə Tural Poladxanov ifadəsini davam etdirərək deyib ki, Astaradan Bakıya qayıdanda Etibarın xahişi ilə onu rəis Ceyhun Səmədovun otağına aparıb: "Orada bələdçinin otağında bir qadın da vardı. Saçları qırmızı idi. Onun Günay Atakişiyeva olub-olmadığını deyə bilmərəm. Çünki buradakı xanıma oxşamırdı. Sonra mən yatdım, səhər saat 05-də oyandım. Etibarla Əli kupedəydi. Əsgərləri posta çıxartdım, Fuad da dəhlizdə idi, "provodnik" yerə düşüb dedi ki, pəncərə açıqdı. Biz kupeyə baxdıq və gördük ki pəncərə açıqdır, otaqda isə heç kim yoxdur. Tez gedib rəisə məruzə etdik. Biz hər reysdən sonra çatışmazlıqlar barədə bələdiyyə rəisi Hikmət Sadıqov və xidmət rəisi Rafik Məmmədova məruzə edirdik. Amma qadınların vaqona minməsi barədə heç nə deməmişdik. Bu hadisədən əvvəl 3 nəfər cavan dustaq qaçmağı planlaşdırmışdı, biz onları tutmuşduq".
 
G.Atakişiyeva həmin zaman saçının qırmızı rəng olduğunu təsdiqləyib. 

Təqsirləndirilən Fuad Hacıyev isə bildirib ki, dustaqların bəziləri Etibar Məmmədovla mübahisə etdiyi üçün Əli Ağami ilə "Qoca" bələdçi otağında saxlanılıblar: "Səhər oyananda isə onların qaçdığını bildik". 
 
Qarovul rəisi Ceyhun Səmədov ifadəsində deyib ki, Fədayə Laçını "Qoca" ilə tabor komandiri Bəhruz Abdullayevin tapşırığı ilə görüşdürüb:  "Fədayə Laçın vaqonun yanına gəlib görüşmək istədiyini dedi, mən "yox" dedim. Sonra kiminləsə telefonda danışıb mənə uzatdı. Rəisimiz Bəhruz Abdullayev mənə dedi ki, "Fədayə xanıma şərait yarat, Etibarla görüşsün". Mən də onun üstünü yoxlayıb içəri buraxdım. Sonra Etibar Əli Ağamini də yanlarına gətirməyimi istədi, onu da apardıq. Fədayə xanımın şəkilləri necə çəkdiyindən xəbərim olmayıb. Yəqin üstünü yaxşı yoxlamamışam. Günay Atakişiyeva Lənkəranda qatara minəndə üstünü və çantasını yoxlamışdım, orada açar yox idi. Heç ağlıma da gəlməzdi ki, Ağami ilə Etibar qaçar". 
 
Qeyd edək ki, E. Məmmədov qaçdıqdan sonra onun saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib, Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb. Digər şəxslər isə onlara kömək etməkdə, Penitensiar Xidmətin vəzifəli şəxsləri isə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
  
İş üzrə 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol