Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın

Bərdə rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Anews.az "Report"a istinadən bildirir ki, hadisə Bərdə rayonun Mirzalıbəyli kəndində yerləşən Su Meliorasiya İdarəsinin inzibati binasında baş verib.
Binada məskunlaşan Şuşa rayonundan məcburi köçkün olan Vahid Zeynalov və Cabir Çobanova məxsus mənzillər elektrik naqillərində baş verən qısa qapanmadan yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb edilib. Alov ram edilərək yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Binada məskunlaşan məcburi köçkünlər təxliyyə edilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Son xəbərlər 
Daha çox 






















