• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Əzizovdan Bakı üçün - Mühüm qərar

Eldar Əzizovdan Bakı üçün - Mühüm qərar
31.08.2018 14:16
Bakı şəhər İcra Hakimiyyəti Bakı ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asmağı və qurutmağı qadağan edib.

Bu haqda Musavat.com-a sakinlərdən məlumat daxil olub. Hazırda bu iş üzrə rayon icra hakimiyyətlərinə tapşırıq verilib. Mənzil sahiblərindən tələb olunur ki, küçə və prospektlərə baxan eyvanlardan paltar asılmasın.

Bildirilir ki, bu qadağa Bakının bütün rayonlarına şamil olunacaq. Hazırda Mənzil İstismar İdarələri(MİS) və Mənzil Təsərrüfat Birliyi (MTB) işçiləri binalarda bu işlə bağlı reyd keçirirlər. Sakinlərdən tələb olunur ki, iki eyvanlı evə sahib olanlar paltarlarını küçəyə yox, həyətə baxan eyvandan assınlar. Həyətlərə baxan eyvanı olmayanların isə eyvanda quruducu asılqanlardan istifadə etməsi tələb olunur.

Xatırldaq ki, bu ilin iyun ayında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb etmiş və bu, cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Qeyd edək ki, balkona paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib. İndi isə Bakıda bu cür qadağanın qoyulmasına başlanıb.

2015-ci ildə də paytaxtda bu hadisə yaşanmışdı. Bakının mərkəzi küçələrində yaşayış binalarının divarlarına elanlar vurulmuş, bu elanlarda binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasının, paltar asılmasının qadağan edildiyi bildirilmişdi. Həmin vaxt mənzillərə bir-bir gedilərək onların sahiblərinə xəbərdarlıq da edilirdi. Bu, həmin vaxt paytaxtda keçirilən Avropa Oyunlarına görə həyata keçirilən bir prosedur kimi təqdim edilirdi.

Bu qərar Bakı şəhər icra başçısı vəzifəsini müvəqqəti yerinə yetirən Eldar Əzizova məxsusdur. E.Əzizov Gəncə şəhər icra başçısı vəzifəsinə gələndə də ilk qərarlarından biri binaların prospektlərə baxan mənzillərindən zivələrin yığışdırılması olmuşdu. Eyni qərarı Sumqayıt icra başçısı olanda da sözügedən şəhərdə tətbiq etmişdi.

Xarici ölkələrdə, xüsusən Avropa şəhərlərində, eləcə də Amerikada eyvanlardan paltar sərmək ənənəsi yoxdur. İnsanların evlərində qurutma maşını olur və onlar paltar sərməyə xüsusi vaxt, yer sərf etmirlər. Bundan başqa, xarici ölkələrdə camaşırxana ənənəsi geniş yayılıb. Evində paltaryuyan və paltarqurudan maşına yer vermək, eləcə də bu işlərə su, elektrik xərci ödəmək istəməyənlər kilo ilə paltar yuyulan camaşırxanaların xidmətindən istifadə edirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol