• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı

Azərbaycanda vərəm xəstələrinin sayı açıqlandı
29.05.2020 09:42
"Bu ilin 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub ki, onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələrdir".

Anews.az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmin müddətdə 251 nəfər ocaqlı vərəm xəstələri, 1145 nəfər infiltrativ xəstələr, 74 nəfər gecikmiş vərəm formaları ilə aşkar olunan xəstələrdir.

H.Qədirova qeyd edib ki, 237 nəfərdə vərəm plevriti, 81-də sümük oynağı vərəmi, 32-də döş qəfəsi daxili limfa düyünlərinin vərəmi, 52-də periferik limfa düyünlərinin vərəmi, 14-də sidik cinsiyyət sisteminin vərəmi, daha 14-də vərəm mezadeniti, 3 nəfərdə isə vərəm meningeti aşkarlanıb.

O həmçinin əlavə edib ki, vərəmli xəstələrin 1/3-i qadınlar, 2/3-i isə kişilərdir: "Amma zamanla qadınlar arasında vərəmlə xəstələnmə göstəriciləri artır. 2017-ci ildə aşkar olunan vərəmli xəstələrin 60 faizi kişi, 30 faizi qadın, 10 faizi uşaqlardır. Son 4 ildə uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricilərində stabilləşmə qeydə alınır. Böyüklər və 18 yaşadək uşaqlar arasında gecikmiş və yayılmış formaların rastgəlmə tezliyi azalıb".

Azərbaycanda ötən il 100 min əhaliyə olan vərəmlə xəstələnmə göstəricisinin 39.8 nəfər olduğunu deyən direktor bildirib ki, ötən il ölkədə 440 nəfər vərəmdən dünyasını dəyişib: "2017-ci ildə Azərbaycanda 1007 nəfər dərmana davamlı vərəmli xəstələr aşkarlanıb. Dərmana davamlı vərəmli xəstələrin müalicəyə cəlb olunması 98 faiz təşkil edib. Keçən il 3258 təkrar müalicə olunan vərəmli xəstə qeydə alınıb. Ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 30.3, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 9.5 faiz olub".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol