• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda hasar davası: Döyülən qadın prezidentdən kömək istəyir

Lənkəranda hasar davası: Döyülən qadın prezidentdən kömək istəyir
29.05.2020 09:08
Lənkəran rayonu, Şürük kənd sakinləri arasında hasar üstündə düşmüş dava ilə bağlı prezident İlham Əliyevə müraciət olunub.

BakuPost xəbər verir ki, müraciət davada yaxınları döyülən kənd sakini Dadaşova Cəmilə İsmayıl qızı tərəfindən edilib. 

O, şikayətinin Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırılmasının təmin edilməsini xahiş edir. 

Sözügedən hadisə isə bu il mayın 11-də saat 13:30 radələrində iki qonşu həyət arasındakı hasarın sökülməsi səbəbindən baş verib. Belə ki, qonşuluqda yaşan Əzizov Murtuza Seyidəli oğlu və Əzizov Rüfət Seyidəli oğlu Cəmilə Dadaşovanın daş hasarın söküb, ona məxsus torpaq sahəsində yeni hasar tikmək istəyib. C. Dadaşova müraciətində icazəsiz daş hasarın sökülməsinə etirazını bildirdiyi üçün bu iki qardaş tərəfindən döyüldüyünü, bu zaman huşunu itirdiyini yazıb. Eyni zamanda M. Əzizov və R. Əzizov qardaşlarının daha sonra səs-küyə gəlmiş digər qonşuların yanında  həmin gün onlara gəlmiş qonaqlarına – qohumu Anar Məmmədov və qızının həyat yoldaşı Aydın Cəfərova bədən xəsarətləri yetirdiklərini qeyd edib. Döyülmə anı hadisə vaxtı hal şahidlərinin mobil telefon aparatları ilə çəkilib.

Hadisədən sonra C. Dadaşova Lənkəran Rayon Polis Şöbəsinə döyülmə faktı ilə bağlı məlumat verib, mobil telefonla çəkilmiş görüntülər təqdim olunub. Lənkəran Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin həkimləri tərəfindən hadisə nəticəsində xəsarət alınması ilə bağlı 12 may 2018-ci il tarixli rəy də təqdim olunub. Lakin Lənkəran RPŞ-nin İstintaq Bölməsi cinayət işinin başlanmasını rədd edib, şikayət inzibati tənbeh tədbiri görülməsi üçün rayon Lənkəran Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilib. Bunu əsassız və qanunsuz sayan C. Dadaşova kömək üçün ölkə başçısına müraciət ünvanlayıb.

M. Əzizov və R. Əzizov qardaşlarının hədələrinin davam etdiyini bildirən C. Dadaşova Prezidentə müraciətində xahiş edir ki, Lənkəran Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Toğrul Hüseynovun 25 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsinə, adıçəkilən iki qardaşın isə cinayət məsuliyyətinə cəlb olunmalarına göstəriş versin.

Zərərçəkmiş əllərində dediklərini sübut edən videogörüntülər olduğunu da bildirib. Qeyd edib ki, hadisədən sonra Lənkəran Rayon Polis Şöbəsinə özünün, ailə üzvlərinin və qonaqlarının Murtuza və Rüfət qardaşları tərəfindən döyülməsi ilə bağlı videoları, təqdim etsələr də, heç bir qanuni tədbir görülməyib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mövqe bildirməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol