• $
  • €
  • ₽
  • ₺
  • £

Fatimənin Şəhidlər Xiyabanında rəqsi qalmaqal yaratdı - VİDEO

Fatimənin Şəhidlər Xiyabanında rəqsi qalmaqal yaratdı - VİDEO
29.05.2020 11:47
Rəqqasə Fatimə Fətəliyevanın "Cümhuriyyət suitası” adlı rəqsi qalmaqala səbəb olub.

Anews.az xəbər verir ki, sözügedən rəqsə çəkilən klipdə Fətəliyevanın Şəhidlər Xiyabanında yerləşən alov abidəsinin önündə rəqs etməsi şəhid ailələri tərəfindən birmənalı qarşılanmayıb.

Bu barədə onlar Open.Az-a danışaraq Fatimənin şəhidlərin ruhuna hörmətsizlik etdiyini deyiblər.

Rəqqasə isə bütün bunlara sosial media hesabında cavab verib.

"Nə oldu? Nə baş verdi? Nə edirəm, gözünüzə ox kimi batır. Bu vətənin qızı olaraq, Azərbaycana uyğun növbəti klipimi çəkdirdim. Niyə birmənalı qarşılamırsınız? Orada tənqid ediləsi heç bir hərəkət yoxdur. Klipi cümhuriyyətimizin 100 illiyinə həsr etmişəm və ayıb iş görməmişəm. Bu nədir? O dəqiqə top atəşinə tutursunuz, deyirsiniz ki, Şəhidlər Xiyabanında çəkdirib, anlamadım, niyə?

İllər əvvəl orada hamı klip çəkdirib, onları qınamadınız, indi məni qınayırsınız? Şəhid ruhuna tərbiyəsizlik etməmişəm, etmərəm də. O şəhidlərin sayəsində sağlam ölkədə yaşayıramsa, onların qanı ilə ayaqdayamsa, ruhlarını incitmərəm, narahat olmayın. Məzarların önündə yox, alov abidəsinin qarşısında rəqs etmişəm.

Rəqsim də toyxana rəqsi deyil, vətənimizin qələbəsinə həsr olunub. Ağzıgöyçəklər, susmağınız və işimi alqışlamağınız lazımdır. Vətən üçün edilən hər bir addım daş-qalaq olunmur, alqışlanır”, - deyə Fatimə bildirib.

Qeyd edək ki, klipi Nail Naiboğlu lentə alıb. Rəqqasənin klipə 15 min manat pul xərcləyib. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol