• $
  • €
  • ₽
  • ₺
  • £

2 qardaşın şah damarını kəsdi, sonra... - Azərbaycanda baş verən olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI

2 qardaşın şah damarını kəsdi, sonra... - Azərbaycanda baş verən olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI
30.11.2018 21:45
Dünən Şəmkir rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Qapanlı kəndində mağaza işlədən iki qardaşa hücum edən 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu əvvəllər də məhkumluq həyatı yaşayıb. Bildirilir ki, Nurəddin Əsədoğlu dünən Qapanlı kənd sakini - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovun evin qarşısında işlətdiyi ərzaq mağazasına gəlib. O, Eşqindən spirtli içki və digər ərzaq malları verməsini tələb edib. Mağaza sahibi isə Nurəddinin onlara aldığı mallar qarşılığında xeyli borcu olduğunu, heç olmasa bu dəfə götürdüklərinin pulunu verməsini deyib. Lakin N.Əsədoğlu bununla razılaşmayıb və mübahisə etməyə başlayıb. Eşqin və ona kömək edən qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov isə həmin şəxsə istədiyi ərzaqları verməyəcəklərini deyiblər. Bundan əsəbiləşən 28 yaşlı Nurəddin mağazanı dağıtmağa, vitrinləri qırıb yerə tökməyə başlayıb. İki qardaş onu tutaraq mağazadan çıxarmaq istəsə də, gənc oğlan üstündəki bıçaqla onlara hücum edib. O, eşqinə 7, İbrahimə isə 2 bıçaq zərbəsi endirib. Maraqlıdır ki, N.Əsədoğlu iki qardaşı öldürməkdə isirarlı olub və hər iki şəxsin boynundakı şah damarı kəsib. Çoxlu qan itirən E.Əmiraslanov hadisə yerində ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər 29 yaşlı İbrahimin vəziyyətinin hələ də çox ağır olduğunu bildirirlər.
N.Əsədoğlu hadisə yerindən qaçsa da, polis onu yaxalayaraq istintaqa təhvil verib.
Məlumata görə, qətlə yetirilən E.Əmiraslanovun atası 4 il əvvəl xəstəlikdən vəfat edib. Onun anası da xroniki xəstəlikdən əziyyət çəkir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol