• $
  • €
  • ₽
  • ₺
  • £

Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi

Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
27.11.2026 12:52

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 5-ci siniflərindən birində şagird sayının 52-yə çatdığı bildirilir. Bu barədə valideyn Arifə Mikayılova məlumat verib.

Onun sözlərinə görə, qızı ötən tədris ilində 38 şagirdin olduğu sinifdə oxuyub. Yeni tədris ilində digər siniflərdən şagirdlərin keçirilməsi nəticəsində onların sayı 52-yə yüksəlib.

“Artıq söhbət yalnız tədrisin keyfiyyətindən getmir. Uşaqlar belə sıxlıqda boğulur, normal nəfəs ala bilmirlər”, – valideyn bildirib.

Mikayılova iddia edir ki, sinfə sonuncu gətirilən dörd şagirdin adı elektron sistemdə və sinif jurnalında hələ də başqa sinifdə göstərilib:

“Yerdəyişmə prosesi rəsmi qaydada başa çatmayıbsa, həmin uşaqlar hansı əsasla və nə üçün bizim sinfə gətirilib?”

Valideynin sözlərinə görə, məsələ ilə bağlı məktəb rəhbərliyinə dəfələrlə müraciət edilib və yeni paralel sinfin açılması xahiş olunub. Lakin məktəbdə əlavə boş otağın olmadığı bildirilib.

Məktəbin direktoru Şəlalə Hüseynova isə açıqlamasında bildirib ki, şagird sıxlığı onun direktor təyin edilməsindən əvvəl formalaşıb.

“Mən bu məktəbə səkkiz ay əvvəl rəsmi şəkildə direktor təyin olunmuşam. Gələndə elə sinif var idi ki, orada 51 şagird təhsil alırdı. Balansı qorumaq üçün həmin sinifdəki şagirdləri digər siniflər arasında bölüşdürmüşük. Bu, mənim topladığım şagird bazası deyil, məndən əvvəl formalaşıb”, – direktor deyib.

Şəlalə Hüseynova əlavə paralel sinfin açılmasının məktəb rəhbərliyinin səlahiyyətində olmadığını qeyd edib:

“Alternativ sinif açmaq mümkün deyil. Bu, bizim əlimizdə olan məsələ deyil. Bunun üçün nazirlik tərəfindən maliyyələşmə və müvafiq qərar tələb olunur. Məktəb direktoru özbaşına əlavə sinif yarada bilməz”, - o bildirib.

Direktor həmçinin həmin sinifdə 52 şagird olmasını təkzib edib və bildirib ki, şikayət olunan sinifdə hazırda 47 şagird təhsil alır.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox