• $
  • €
  • ₽
  • ₺
  • £

Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar

Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
27.11.2026 09:49

Təkrar cinayət törətməkdə ittiham olunaraq axtarışa verilən şəxs aparıcı Fira (Firuzə) Cəlilovanın ailəsinə məxsus bağ evində bilərəkdən gizlədilib. Anews.az-ın əldə etdiyi məlumata görə, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Fira Cəlilova ötən gün Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini bildirib. Onun sözlərinə görə, beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət qrup evə daxil olaraq oğurluq edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti isə bildirib ki, Novxanı qəsəbəsindəki bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyənləşdirilib. Keçirilən tədbirlər nəticəsində istintaqdan yayınaraq gizlənən və əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Fira Cəlilova DİN-in açıqlamasından sonra Anews.az-a bildirib ki, məsələ ilə bağlı nazirliklə əlaqə saxlamağa çalışır.

“Mən indi Daxili İşlər Nazirliyini axtarıram ki, görüm bu açıqlamanı hansı əsasla yayıblar. Evdən oğurlanan telefonlar, anamın boyunbağısı haradadır?”

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol