Estoniya xarici işlər naziri Bakıya səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Azərbaycana səfər edəcək.Bu barədə Estoniya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Bakıda Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.
Marqus Tsahkna səfər zamanı bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə biznes, innovasiya və rəqəmsal idarəetmə sahələrində əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.
























