• $
  • €
  • ₽
  • ₺
  • £

Nə qədər ömrünüz qalıb? - 3 sadə test və hərəkətlə öyrənin

Nə qədər ömrünüz qalıb? - 3 sadə test və hərəkətlə öyrənin
01.12.2018 23:08
İnsan ömrünün sonuna nə qədər vaxt qaldığını təxmini müəyyənləşdirmək üçün bir çox analizlər verilməlidir. Bunun üçün həm vaxt, həm maddiyyat tələb olunur.



Amma braziliyalı alim Klaudio Qil Aradjo bir sadə test vasitəsilə insanın ömrünün sonuna nə qədər qaldığını təyin etməyin mümkün olduğunu iddia edir. Çoxsaylı araşdırmalar bu testin həqiqətən də işə yaradığını təsdiqləyib.


Həmin testi təqdim edirik:


Hər şey çox sadədir! Sadəcə olaraq oturmaq və qalxmaq lazımdır.


1. Döşəmədə ayaqyalın dayanaraq ayaqlarınızı çarpaz qoyun. Hərəkətə başlayanda sizin artıq 10 xalınız var.


2. Ayaqlarınız çarpaz çəkildə oturun. Bu zaman bədənin hansısa bir hissəsi ilə özünüzə kömək etməyin. Əgər özünüzü əl, dirsək, diz və ya ayağınızla saxlayırsınızsa o zaman 1 xal itirirsiniz. Əgər siz heç bir kömək olmadan oturdunuzsa, amma balansı saxlaya bilmirsinizsə, o zaman yarım xal itirirsiniz.


3. Ayaqlarınız çarpaz vəziyyətdə döşəmədə oturmağa davam edin. Daha sonra əllərinizin köməyi olmadan ayağa durmağa çalışın. Özünüzə kömək edirsinizsə, o zaman yenə də bir xal itirirsiniz.


4. Alınan sadə şkala vasitəsilə öz sağlamlıq vəziyyətinizi qiymətləndirə bilərsiniz.


Şkala:


8-10 xal: YAXŞI. Sən sağlam həyat tərzi sürürsən və sənin orqanizmin əla vəziyyətdədir.


6 - 7.5 xal: PİS DEYİL. Sağlamlığın uçun elə də böyük risk yoxdur.


3.5 - 5.5 xal: XƏBƏRDARLIQ. Problem var. Yaxın 6 il ərzində həyatını itirmək riski yuxarı iki kateqoriyaya nisbətən yüksəkdir.


0 - 3 xal: SOS. Ciddi xəbərdarlıq. Sən çox pis vəziyyətdəsən. Yaxın 6 ildə həyatını itirmək riskin digər kateqoriyalardan 5 dəfə çoxdur.


İlk iki kateqoriyaya mənsub olan insanlar sakit ola bilərlər. Əgər siz sonuncu qrupda yer aldınızsa, o zaman sağlamlığınız haqda gec olmadan düşünün.


Təbii ki, bu test spesifik xəstəlikləri olan insanlarda işə yaramayacaq. Amma buna baxmayaraq yenə tətbiq etmək olar.


///Unikal.org

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol