• $
  • €
  • ₽
  • ₺
  • £

Ədəbi dilin normalarını ən çox bu teleradiolar pozur - SİYAHI

Ədəbi dilin normalarını ən çox bu teleradiolar pozur - SİYAHI
05.12.2018 12:59
Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə birlikdə Elektron Mediaya Yardım Fondu və Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması”layihəsi əsasında aparılan monitorinqin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, monitorinq nəticələri ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Mehriban Əlizadə bildirib ki, avqust-sentyabr aylarında Bakıda yayımlanan İctimai, Azad Azərbaycan, "Space", "Lider", "Xəzər", ARB telekanallarında yayımlanan verilişlər prosesə cəlb edilib.

İlk dəfə olaraq 12 adda radiokanal və dublyaj filmlərinin də monitorinqi aparılıb. "Monitoprinq çərçivəsində aşkarlanan 4633 faktdan 2765-i , yəni 60 faizi fonetik normanın pozulmasıdır. Bu göstəricilər Xəzər TV-də xəbər proqramlarında 59, qeyri-xəbər proqramlarında 29 faiz, "Lider" TV-də xəbər proqramlarında 65, qeyri- xəbər proqramlarında 32, ARB TV-də xəbər proqramlarında 72, qeyri-xəbər proqramları 37 faiz təşkil edir. Məsələn, "Lider" TV-də "Bizimlə gəzin” verilişində "çəkilişimiz” sözü "çekilişimiz” kimi, "görməyə” "görmeye” kimi tələffüz edilir. Xəzər TV-nin xəbər proqramlarında 9 faiz, qeyri-xəbər proqramlarında 26 faiz, "Lider" TV-də xəbər proqramlarında 5, qeyri-xəbər proqramlarında 11 faiz, ARB TV üzrə xəbər proqramında 6, qeyri-xəbər proqramlarında 21 faiz norma pozulması leksik normanın payına düşür.

Xəzər TV-də "Nuş olsun” verilişində "Mən hər zaman bunu deyirəm ki, ən keyfiyyətli və orqanizm üçün sağlam çörək...” burada "sağlam” yox "faydalı” ifadəsi işlədilməlidir”.

M.Əlizadə bildirib ki, Xəzər TV üzrə xəbər proqramlarında morfoloji norma 21, sintaktik norma 2 faiz, qeyri-xəbər proqramlarında 14 və 7 faiz, "Lider" TV-də morfoloji norma 17, sintaktik norma 3 faiz, qeyri-xəbər proqramlarında morfoloji norma 13, sintaktik norma 9 faiz, ARB TV üzrə xəbər proqramlarında morfoloji norma 17, sintaktik norma 2 faiz, qeyri-xəbər proqramlarında morfoloji norma 16, sintaktik norma 6 faiz pozulub .

"Üslubi norma Xəzər TV-də xəbər proqramlarında 9, qeyri-xəbər proqramlarında 24, "Lider" TV-də xəbər proqramında 10, qeyri-xəbər proqramında 35 faiz, ARB TV üzrə xəbər proqramında 3, qeyri-xəbər proqramında 20 faiz təşkil edir”.

M.Əlizadə "Antenn", "Jaz", "Xəzər", "Araz", "Avto" və "Media" FM-də yayımlanan verilişlərin dilindəki pozuntuları diqqətə çatdırıb: Araz FM-də fonetik normanın 40, leksik 31, morfoloji 13, sintaktik 8, üslubi 8 faiz, Antenn FM-də fonetik 13, leksik 13, morfoloji 29, sintaktik 26, üslubi 19 faiz Avto FM - fonetik 37, leksik 20, morfoloji 13, sintaktik 16, üslubi 14 faiz, Xəzər FM - də fonetik 50, leksik 7, morfoloji 23, sintaktik 7, üslubi 13 faiz, Media FM - də fonetik norma 61, leksik 26, sintaktik 3, üslubi normanın 11 faiz pozuntu qeydə alınıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol