• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi

“Nar” media nümayəndələrinə yeni məhsullarını təqdim etdi
06.12.2018 15:44
"Nar” "BakuTel-2018” - 24-cü  Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində media nümayəndələri ilə görüş keçirib və ən son məhsullarının təqdimatını edib. Jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda "Nar”-ın Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi onlayn TV - "Nar TV” və "Nar Wi-Fi” haqqında ətraflı məlumat verilib və əyani göstərilib. 

Bildirilib ki, abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan "Nar TV” mobil tətbiqini telefonlara və ya tabletlərə yükləməli, "Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçirilməlidir. Bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında 100-ə qədər Azərbaycan, regional və beynəlxalq kanallara rahat şəkildə baxa bilərlər. Məlumat verilib ki, "Nar TV” tətbiqini yükləyən istifadəçilər idman, əyləncə, uşaq, film, xəbər kanallarına 1 ay ərzində pulsuz baxa biləcəklər. Bundan başqa media nümayəndələrinə "Nar TV”-nin üstünlükləri barədə də danışılıb və əyani göstərilib.  

Mətbuat konfransında "Nar”-ın sərgidə təqdim etdiyi digər məhsul – "Nar Wi-Fi" haqqında da məlumat verilib. Bildirilib ki, bu internet paylayıcısı sayəsində abunəçilər istənilən məkanda sərfəli qiymətə portativ yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcəklər. Bunun üçün müvafiq tarifli SIM kart ruterə daxil edilir və enerji mənbəyinə qoşulduqdan sonra qurğu avtomatik olaraq  işə düşür. 30-dan artıq cihaz eyni anda internetə qoşula bilir. "Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi sürətli internetlə təmin edən naqilsiz texnologiyadır. "Nar Wi-Fi” ilə internet  ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.  

Daha sonra media nümayəndələri "Nar” stendinə dəvət edilib və mobil operatorun yeni texnologiyaları ilə əyanı tanış olublar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol