• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda döyülən qız: Dedi bilirsən nəyə oxşuyursan?

Bakı metrosunda döyülən qız: Dedi bilirsən nəyə oxşuyursan?
09.12.2018 19:15
Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək.
Bu sözləri Oxu.Az-a dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib. 
Onun sözlərinə görə, qatarda ona yumuruq zərbəsi vuran şəxsin adı Əli olub:

"Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın çiyninə toxunmuşam. Metroda sərnişinlər çox olanda belə hallar olur. Amma həqiqətən də mən toxunduğumu hiss etməmişəm. Birdən qayıdıb mənə dedi ki, "yaxşı çiyin döyüşünə gedə bilərsən, döyüşək bəlkə?”. 
Mən də dedim ki, çiyninə dəymişəmsə, bağışla. Sonra məni təhqir edərək, "sən heç bilirsən nəyə, kimə oxşayırsan?” dedi. Mən də əsəbləşdim ona söyüş söydüm. O da birdən üzümə yumruq vurdu. Sonra dava düşdü, təpik vurdu. Qatar stansiyaya çatanda polisləri çağırdım, onu saxladılar. Ərizə yazanda bildim ki, oğlanın adı Əlidir. Dünən polis bölməsinə çağırmışdılar, araşdırma apardıqlarını deyirlər. Kamera görüntüləri var, orda təpik vurulan an düşüb. Bu iş məhkəməyə qədər gedəcək”.
Xatırladaq ki, hadisə ayın 6-da metronun Nizami stansiyasında yaşanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol