• $
  • €
  • ₽
  • ₺
  • £

2018-ci ildə Vəzifəyə təyin olunanlar - SİYAHI

2018-ci ildə Vəzifəyə təyin olunanlar - SİYAHI
10.12.2018 16:33
2018-ci ili yola salmağımıza sayılı günlər qalır. Bu il kimlər üçünsə müsbət, kimlər üçünsə mənfi məqamlarla yadda qaldı.

Yola saldığımız ildə yüksək dövlət vəzifələrinə yeni təyinatlar oldu. Bir çox nazir və dövlət qurumlarının rəhbərləri vəzifələrindən azad edildi, onların yerinə yeniləri təyin edildi. Eyni zamanda jurnalistlər arasında da vəzifəyə təyin olunanlar az olmadı.

Anews.az bildirir ki, azxeber.com 2018-ci ildə vəzifəyə təyinat alan jurnalistlərlə bağlı araşdırma aparıb.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu ilin noyabr ayında Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. Bundan iki ay öncə həmin şöbənin müdir müavini təyin edilən H.Hacıyev bu vəzifədə Baş nazir Novruz Məmmədovu əvəz edib.

Hikmət Hacıyev 2000-ci ildən diplomatik fəaliyyətdədir. Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub.

"Asan Xidmət"in mətbuat katibi Anar Hüseynov bu ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. O, bu vəzifədə Murtuzəli Hacıyevi əvəz edib.

A.Hüseynov jurnalist kimi fəaliyyətə İctimai Televiziyada xəbər aparıcısı olaraq başlayıb. Bundan sonra Strateji Araşdırmalar Mərkəzində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

Teleaparıcı Pərviz Abubəkirov bu ilin iyul ayında Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. O, bu vəzifədə Liya Bayramovanı əvəz edib.

P. Abubəkirov jurnalist kimi fəaliyyətə ANS TV-də başlayıb. Bu telekanalda "Cinayət işi", İTV-də isə "Qanundan kənar" verilişlərinin aparıcısı olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıbov bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. O, bu vəzifədə Elman Babayevi əvəz edib.

F.Talıbov Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirsə də, əmək fəaliyyətinə piar işinin təşkili sahəsindən başlayıb və müxtəlif qurumlarla media arasında münasibətlərə məsul şəxs olub.

"Bakubus" şirkətinin mətbuat katibi Mənsur Piriyev bu ilin may ayında Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib. O, bu vəzifədə Aynur Kərimovanı əvəz edib.

M.Piriyev Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirsə də, əmək fəaliyyətinə piar işinin təşkili sahəsində başlayıb və müxtəlif qurumlarla media arasında münasibətlərə məsul şəxs olub.

Müstəqil jurnalist Nuridə Allahyarova bu ilin iyun ayında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

M.Piriyev Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirsə də, əmək fəaliyyətinə piar işinin təşkili sahəsində başlayıb və müxtəlif qurumlarla media arasında münasibətlərə məsul şəxs olub.

Müstəqil jurnalist Nuridə Allahyarova bu ilin iyun ayında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

Ondan öncə isə İsakov "Press24.az" portalının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi olub.

Teleaparıcı Elnur Niftəliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (Asan Xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

O, bundan öncə Lider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri olub. Lider TV-de müəllif verilişləri aparıb, bu televiziyada müxtəlif layihələrə rəhbərlik edib.

Teleaparıcı Elnur Kələntərov bu ilin oktyabr ayında Dövlət Miqrasiya Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

Bundan öncə "Space" telekanalının İdman proqramları departamentində idman proqramlarının aparıcısı və idman jurnalisti vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.

Teleaparıcı Vəsilə Vahidqızı bu ilin may ayında Diasporla İş üzrə Dövlət Komitəsin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

Buna qədər "AZTV", "Space", "İTV" telekanallarında çalışan V.Vahidqızının son iş yeri İctimai Televiziya olub. Burada müxtəlif verilişlərə aparıcılıq edib. Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Teleaparıcı Günay Yelmarqızı 10 gün öncə Dənizkənarı Bulvar İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

G.Yelmarqızı uzun müddət televiziya və radio sahəsində çalışıb. 6 gün öncə isə eyni zamanda paralel olaraq "ARB 24" telekanalında xəbər aparıcısı təyin olunub.

Jurnalist Pərvin Məmmədova 4 gün öncə Bakı Beynəlxalq Avtovağzalına mətbuat katibi təyin olunub. O, bu vəzifədə Yaşar İsakovu əvəz edib.
Buna qədər isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində, "ATV" və "Muz TV" kanallarında çalışıb. Bakı Slavyan Universitetini bitirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol