• $
  • €
  • ₽
  • ₺
  • £

Qocalıb ölən inəklərin ətini yeyirik? — Kolbasa və sosislərlə bağlı ŞOK İDDİA - VİDEO

Qocalıb ölən inəklərin ətini yeyirik? — Kolbasa və sosislərlə bağlı ŞOK İDDİA - VİDEO
10.12.2018 17:08
Son günlər sosial şəbəklərdə, xəbər saytlarında xaricdən ölkəmizə gətirilən kolbasa və sosislərin kimyəvi tozlardan hazırlanması ilə bağlı xəbərlər yayılır.

Anews.azARB TV-yə istinadən xəbər verir ki, iddialara görə, hazırda dünyanın bəzi iri kolbasa istehsalçısı sayılan dövlətlərində kolbasa ətdən deyil, protein tozundan hazırlanır. Bu xəbər kolbasa yeyən və yeməyən hər kəsin ciddi narahatlığına səbəb olub.

Sakin: "Məncə, yerli istehsal xaricdən yaxşıdır”.

Sakin: "Ünvanlı yerlərdən alıram”.

Ümumdünya səhiyyə təşkilatı da mənşəyi məlum olmayan kolbasa məhsullarının insan orqanizminə zərər vurması və onkoloji xəstəliklər yaratması barədə xəbərdarlıq edib.

Qurbanxan Müslümov – Həkim: "Bu gün mədə-bağırsaq sisteminin elə bir xəstəliyi yoxdur ki, qidadan asılı olmasın”.

Eyyub Hüseynov – Ekspert: "Alıcılar kənar ölkərdən gələn kolbasaların bükülməsinə markalanmasına çox aldanmasınlar”.
Başqa iddiaya görə, Hindistanda qocalıb ölən inəklərin ətini işbazlar donduraraq qonşu ölkələrə ixrac edirlər.

Eyyub Hüseynov – Ekspert: "Ölkəmizdə yerli, qırmızı ətdən kolbasa istehsalçıları çox az istifadə edir. Hindistandan ucuz ət gətirilir”.

Mövzu ilə bağlı kolbasa istehsalı ilə məşğul olan əksər müəssisələrin nümayəndələri çəkilişə icazə vermədilər.

Kolbasa istehsalı ilə bağlı səslənən mənfi fikirlə razılaşmayanlar da oldu.

Yusif Abbasov - Texnoloq: "Kolbasa və sosiska istehsalında qida təhlükəsizliyi olan xammmaldan isitfadə olunur. Bunlar da toyuq və mal ətidir”.

AQTA-dən isə bildirildi ki, kolbasa məhsulları ilə bağlı quruma konkret faktlara əsaslanan hər hansı şikayət daxil olmayıb. Əgər vətəndaşların kolbasa məhsulalrının tərkibi ilə bağlı hər hansı narahatlığı olarda bu barədə agentliyin 1003 "Qaynar xətt”inə zəng edib məlumat verə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol