• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda vəzifəli şəxsin törətdiyi qətllə bağlı həkimdən şok sözlər "Bu narkotik..."

Bakıda vəzifəli şəxsin törətdiyi qətllə bağlı həkimdən şok sözlər "Bu narkotik..."
28.05.2020 21:40
2 gündür ki, mətbuatda və ictimaiyyət arasında Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş dəhşətli qətl hadisəsi müzakirə edilir.

Publika.az xəbər verir ki, ilkin araşdırmalar zamanı "Buta Palace”nin art-direktoru Taxveli Ramiz Pərviz oğlunun həyat yoldaşı, 30 yaşlı Adelya Taxvelini Rəşid Behbudov küçəsindəki 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən atarkən THC növlü marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış ağır psixi vəziyyətdə olduğu müəyyənləşib. O, artıq həbs edilib.

Tanınmış psixiatr Orxan Fərəcli Publika.az-a bildirib ki, barbituratlar tibbdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur: "Lakin bu maddə nəinki, marixuanaya qarşı, heroin, digər həlledicilərə qarşı psixi və davranış pozuntuları yarada bilər. Adətən bu kimi hallar yaşananda xüsusi amansızlıqla törədilmiş cinayətlərin rastgəlinmə faizi də artır. Yəni, "həmişə belə olacaq” demək mümkün deyil. Lakin bu kimi ağır halların yaranması üçün xüsusi zəmin olmalıdır. Uzun müddətli yuxusuzluq, bir çox maddələrin qarışdırılaraq qəbulu, alkoqolla marixuanın birgə istifadəsi və sair hallar ağır fəsadların baş verə biləcəyinə, xüsusi amansızlıqla törədilmiş cinayətlərə müəyyən zəmin hazırlaya bilər. Hadisə vaxtı psixi durumu müəyyənləşdirmək, cinayəti törətmiş şəxsin anlaqlı və ya anlaqsız vəziyyətdə olması məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyənləşdiriləcək bir məsələdir”.

Qeyd edək ki, hadisə dekabrın 10-na keçən gecə baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Əri tərəfindən qətlə yetirilən Adelya Taxveli "Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol