• $
  • €
  • ₽
  • ₺
  • £

Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə müraciət edildi

Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə müraciət edildi
17.12.2018 14:31
"Bizim Qarabağ boyda bir faciəmiz var. Vətən bütövlüyü uğrunda savaşmaq isə imandandır. Qeyri-bərabər döyüşdə Azərbaycan torpaqlarını zəbt etmiş qəddar, işğalçı tərəfi məhv edən şəxsi "qatil" adlandırmaq şərəfsizlikdir. Bu həm də onminlərlə şəhid, qazi haqlarına qarşı təcavüzdür”.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimova "qatil” deməsinə münasibət bildirən C.Əzimbəyli onu dövlətin maraqlarına zidd çıxış etməkdə ittiham edib:

"Milli Qəhrəman Mübariz İbrahimovun ünvanına Azərbaycan gəncliyinə yaraşmayan şəkildə Azərbaycan Respublikasının vətəndaşı olan bir şəxs tərəfindən sərsəm fikirlərin səsləndirilməsi absurddur. Ölkəmizdə milli və dini kimliyi bəlli olan, hətta olmayan şəxslərin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün vətən övladlarını rəhmətlə anırlar. Mübariz İbrahimov müasir Azərbaycanın şəhidlik məktəbi sayılır. Bunu ona görə deyirəm ki, 2016-cı il aprel hadisələrində iştirak edən tanıdığım onlarla Azərbaycan əsgəri Mübariz İbrahimovu özlərinə örnək seçmişdilər. Məni ən çox hiddətləndirən səbəb ondan ibarətdir ki, bu adam dayanmır. Etirazlara və sərt reaksiyalara baxmayaraq, hələ də sosial şəbəkələrdə yeni çıxışlar edir. Düşünürəm ki, Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti bu vətəndaşla bağlı ciddi araşdırma aparmalıdır. Ola bilər ki, bu şəxs siyasi savadsızlıqdan Ermənistanın xarici kəşfiyyat orqanlarının təsir dairəsinə düşüb. Hətta ola bilər, o, özü bundan xəbərsizdir. Dövlətin, millətin mənafeyinin qırmızı xətti var. O xətti keçmək artıq bizim milli təhlükəsizliyimizə təhdiddir. Bu çıxış Mübariz İbrahimovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayəsində, böyük çətinliklərə ölkəmizə gətirilib göz yaşları içində dəfn edilməsinə qarşı sayğısızlıqdır. Yəqin ki, bu qızın çıxışlarını eşidən atası, doğması yoxdur. Çünki o, çağırışlarını davam etdirməkdədir.

Düşünürəm ki, həmin şəxs tez bir zamanda zərərsizləşdirilməlidir. Çünki onun çıxışları Azərbaycan dövlətçiliyi üçün təhdiddir. Azərbaycan qanunvericiliyi ilə həmin qıza cavab verilməlidir. Biz hüquqi bir dövlətdə yaşayırıq. Dövlət Təhlükəsizliyi Xidməti bu məsələnin üzərinə getməlidir”.

Camal Əzimbəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə müraciət edib:

"Fürsətdən istifadə edərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə müraciət ünvanlayaraq xahiş edirəm ki, birbaşa bu və bunun kimi Azərbaycanın milli mənafeyinə, ərazi bütövlüyünə təxribat xarakterli çıxış edən şəxslər vaxtında zərərsizləşdirilsin. Bu, bizim milli təhlükəsizliyimizə ən böyük xidmətlərdən biri olar".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol