• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xəstə uşağın əməliyyatı üçün yığılan pulu oğurladılar

Azərbaycanda xəstə uşağın əməliyyatı üçün yığılan pulu oğurladılar
29.05.2020 09:10
Əzələ əriməsi xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 2 yaşlı Nərgiz Məmmədovanın müalicəsi üçün yığılan pullar oğurlanıb.

Anews.az xəbər verir ki, bu barədə A24.az-a Nərgizin anası Könül Məmmədova məlumat verib. O bildirib ki, hadisə Bakının Xətai rayonu, Gəncə prospekti ev 67, mənzil 21 ünvanında qeydə alınıb. Oğurlanan pulun miqdarı 20 min manatdır.

"Nərgizin əməliyyatı üçün bank hesabı ilə yanaşı, bəzi şəxslər evimizə gələrək maddi yardımlar göstərirdilər. Təxminən, 20 min manata yaxın pul yığılmışdı. Həmin pulu yaxın günlər ərzində bank hesabına köçürəcəkdik. Hadisə dünən olub. Biz evdə yox idik. Evə gələndə gördük ki, pəncərə açıqdır. Pulları götürüb qaçıblar. İki ədəd 10 manatlıq əskinas isə oğurlanmış pulların arasından yerə səpələnib. Həmin naməlum şəxslər evdən ancaq pul götürüb. Baxmayaraq ki, qızıl sırğa və digər zinət əşayalar da var idi. Dərhal bu barədə polis əməkdaşlarına məlumat verdik. Onlar evə gələrək barmaq izlərini götürdülər. İnsan hansı vicdanın sahibi olmalıdır ki, ağır xəstəlikdən əziyyət çəkən iki yaşlı körpənin əməliyyatı üçün yığılan pulları oğurlasın. Mətbuatdan da məsələyə biganə qalmamağı xahiş edirik”.

Qeyd edək ki, 2016-cı il təvəllüdlü Nərgiz Məmmədova "Spinal Muscular Atrophy” (Əzələ əriməsi) xəstəliyindən əziyyət çəkir.

Nərgiz Məmmədovun həyatda yaşamasına vəsilə olanlar aşağıdakı bank hesabı vasitəsilə istədikləri məbləğdə yardım edə bilərlər:

"Bank Kapital”-4169733213230761 Şəxsiyyət vəsiqəsi: AZE N*17086133

FOR EUR Raiffeisen Bank International

AG,Vienna,Austria,SWIFT Code:RZBAATWW.Corr.account:070-55.075.527.

FOR USD Raiffeisen Bank International

AG,Vienna,Austria,SWIFT Code:RZBAATWW.Corr.account:070-55.075.527.

AT27310000705

Əlaqə tel: (050) 862 52 18 – Nərgizin anası

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol