• $
  • €
  • ₽
  • ₺
  • £

David Şahnazaryan: “Azərbaycan bir neçə min hektar ərazini nəzarət altına götürüb”

David Şahnazaryan: “Azərbaycan bir neçə min hektar ərazini nəzarət altına götürüb”
01.01.2019 21:13
Ermənistan Respublikaçılar Partiyasından deputatlığa keçmiş namizəd, məşhur ekspert, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri və Milli Təhlükəsizlik Şurasının 1990-cı illərdə başçısı olmuş David Şahnazaryan çıxışında bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə, Naxçıvan istiqamətində minlərlə hektar ərazini nəzarəti altına alıb.
Virtualaz.org "news.am” nəşrinə intinadla xəbər verir ki, Şahnazaryan deyib: "Ən böyük təhlükə Qarabağı təhdid edir. Bu təhlükənin mənbəyi Azərbaycan, yaxud Türkiyə deyil, Ermənistanın hakimiyyətidir. Bu gün danışıqlar prosesində artıq geri dönməyən itkilərlə üz-üzəyik, Ermənistan-Azərbaycan sərhədində isə rəqib Naxçıvanda bir neçə min hektar ərazini nəzarəti altına alıb. Qoşunların təmas xəttində Azərbaycan hücum xarakterinə malik yeni hərbi qurğular tikir. 2019-cu il Qarabağın müdafiəsi baxlmından hamımız üçün ağır olacaq”.
Ermənistanın rəsmi şəxslərinin uzun müddət bu faktı inkar etmələri fonunda Şahnazaryanın sərhəddəki ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi haqqında bəyanatı diqqətə layiqdir. Lakin Nikol Paşinyan da bu yaxınlarda nəhayət etiraf etmişdi ki, mövqelərin yerdəyişməsi baş verib.
"Lakin mən rəsmi olaraq bəyan edirəm ki, mayın 8-i tarixinə (Paşinyanın baş nazir seçildiyi gün) Ermənistanın nəzarəti altnda olan torpaqlar bu cür olaraq qalır”, – baş nazirin vəzifələrini icra edən deyib.

Lakin Avstraliyadakı Holokost və qətliamların öyrənilməsi institutunun analitiki Masis İngilisyanın məqaləsində peyk vasitəsilə çəkilmiş fotoşəkillərlə əyani olaraq nümayiş etdirilir ki, Azərbaycan ordusunun neytral ərazilərdə hərəkəti həm yayda, həm də payızda davam etdirilib.
İngilisyanın noyabr ayında dərc edilmiş məqaləsində deyilirdi ki, Azərbaycanın ordu bölməlrinin yeni mövqelərdə möhkəmlənməsinin nəticəsində ermənilər bir neçə postu qoyub gediblər, digər postları isə bir müddət sonra boşaltmağa məcbur olublar.
Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb ki, bunun da 8 min hektardan çox hissəsi əkinçilik üçün yararlıdır. Bunu özünün Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev də vurğulayıb: "Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol