• $
  • €
  • ₽
  • ₺
  • £

Evi yarılan jurnalist: 30 min dollarlıq pul və qızıl oğurlanıb

Evi yarılan jurnalist: 30 min dollarlıq pul və qızıl oğurlanıb
09.01.2019 12:30
Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsindəki evində oğurluq hadisəsi baş verən "ARAZ” FM-in aparıcısı Aygün Akif Modern.az-a açıqlama verib.

 

Hazırda Ukraynada olduğunu bildirən Aygün Akif ailəsinin hadisədən dərin sarsıntı keçirdiyini bildirib:

 

"Reklam çəkilişləri üçün üç günlük Ukraynaya gəlmişəm. Görünür oğrular mənim evdə olmamağımdan istifadə ediblər. Baxıblar maşınım da yoxdur həyətdə, rahat şəkildə çirkin məqsədlərini həyata keçiriblər. Hadisə günün gündüz çağı baş verib.

 

Oğrular mənim otağım tərəfdən dəmir barmaqlıqları çıxarıb pəncərəni açıblar  və çox rahat şəkildə evə daxil olublar”.

 

A.Akif bildirib ki, evdən təxminən 30 min dollarlıq pul və qızıl-zinət əşyaları aparıldığını deyib:

 

"30 min dollardan yuxarı ziyan dəyib. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.

 

Aparıcı hadisənin anası Kərimova Bahar Talıb qızı tərəfindən aşkarlandığını bildirib:

 

"Anam axşam təxminən 8 radələrində evə daxil olanda oğurluq baş verdiyini başa düşüb. 102-ə zəng edib, amma polis çox gec-4 saat sonra gəlib. Maraqlıdır ki, oğrular darvazadan rahat şəkildə çıxıblar”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol