• $
  • €
  • ₽
  • ₺
  • £

Donuz qripinə yoluxmaq istəmirsinizsə... - Məşhur professordan vacib xəbərdarlıq

Donuz qripinə yoluxmaq istəmirsinizsə... - Məşhur professordan vacib xəbərdarlıq
09.01.2019 17:04

Latın Amerikası ölkələri başda olmaqla bu gün dünyada sürətlə yayılan donuz qripinə qonşu ölkələrdə yoluxanların sayı artmaqda davam edir. Qabaqlayıcı tədbirlər vaxtında görülməzsə, ölümə səbəb olan H1N1 virusundan qorunmaq üçün immun sistemini gücləndirmək lazımdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, donuz qripindan qorunmaq üçün düzgün qidalanmaq və gigiyenik qaydalara riayət etmək lazımdır. Bu qaydalara əməl etmək immun sistemini gücləndirir. İmmun sisteminə ən çox təsir edən məqamlar – qidalanma, stress və yuxudur.

Fol turşusu, B6, C, E vitaminləri, beta-karoten, sink, Omega-3 immun sistemini gücləndirmək üçün vacibdir. Bəs bu maddələri hansı qidalardan qəbul edə bilərik?

B6 vitamini – toyuq, balıq, banan, kartof, brokoli, ispanaq, quru meyvələr

C vitamin – cəfəri, bibər, kivi, yaşıl yarpaqlı tərəvəzlər, portağal

E vitamin – quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, bitki tərkibli yağlar

Fol turşusu – brokoli, quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər

Beta-karoten - kök, şaftalı, narıncı-sarı meyvələr, brokoli, ispanaq, şüyüd, cəfəri

Sink – dəniz məhsulları, qırmızı ət, paxlalı bitkilər

Omega 3 - Yaşıl yarpaqlı bitkilər və balıq

Bunlardan əlavə gündəlik qida rasionunuza soğan, sarımsaq, zəncəfili əlavə edə bilərsiniz. Bununla da qış aylarında bədəninizin ehtiyacı olan dəstəyi təbii yollarla əldə etmiş olacaqsınız.

Donuz qripindən qorunmaq üçün Türkiyənin məşhur həkimi, professor Canan Karatay bəzi təkliflər irəli sürüb. O bildirib ki, sağlam qidalansanız, süni, fabrik məhsulları yeməsəniz, trans yağlarla hazırlanan qidalardan uzaq dursanız xəstələnməzsiniz.

Həkim bildirir ki, zeytun yağını yandırmadan yesəniz, heç bir problem olmaz. Zeytun yağının tərkibində Omega-3 olduğunu deyən C.Karatay onu ana südünə bənzədir.

"Səhər yeməyindən əvvəl bir yemək qaşığı zeytun yağı içə bilərsiniz. Ancaq içdiyiniz yağın təbii olması vacibdir. Mütəmadi olaraq qəbul etsəniz, həm immun, həm də həzm sisteminiz güclənər”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol