• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyevanın kömək etdiyi kimsəsiz qadının həyat hekayəsi - VİDEO

Mehriban Əliyevanın kömək etdiyi kimsəsiz qadının həyat hekayəsi - VİDEO
29.05.2020 09:03
Xəbər verdiyimiz kimi, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan Nazilə Musayevanın müalicəsi üçün müvafiq tapşırıq verib. Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən kimsəsiz qadın Bakıda xəstəxanaya yerləşdirilib. Onun əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.

Nazilə Musayeva kimdir? 

Oxu.Az xəbər verir ki, N.Musayevanın 39 yaşı var.

Valideynləri uşaq olarkən onu internat evinə qoyub. Körpə olanda onu İmişlinin Nurulu kəndindən olan bir ailə övladlığa götürüb. Naziləni götürəndən sonra onun sol gözünün anadangəlmə görmədiyini biliblər. Buna görə onu övlad kimi qəbul edə bilməyiblər. 

"Ögey ata-anam mənə heç vaxt paltar almırdı, məktəbə göndərmirdilər. Nökər kimi istifadə edirdilər. Tövlə təmizlədir, iş gördürürdülər. Həyət süpürüb, mal-heyvan otarırdım. Bir sözlə, ən ağır işləri görürdüm. Vaxtım qalanda isə gedib qonşuların işlərinə kömək edirdim. Ancaq yenə döyülürdüm, söyülürdüm, təhqir olunurdum. Elə olurdu ki, günlərlə yemək vermir, tövləyə həbs edirdilər. Beləcə, yarıac-yarıtox böyüdüm”, - deyir Nazilə Musayeva.

Nazilə sonradan 300 manat müqabilində Ucardan olan ailəli bir kişiyə satılıb. Əri ilə Bakıya köçən qadın süpürgəçilik edib, yeməkxanalarda qab yuyub. 

Övladı olduqdan sonra əri onları Bərdəyə gətirib və yol qırağında ataraq gedib. Ana-bala günlərlə parklarda, skamyalarda yatıb. Bir ildən çox ayda 123 manatlıq maaş qarşılığında Bərdə küçələrini süpürüb, ev tutmağa pulu olmadığından övladı ilə elə küçələrdə yatıb. Buna görə də rəhmində xərçəng yaranıb. Eyni zamanda, qanında da Hepatit B tapılıb.

N.Musayeva vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna, vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Fonddan onun məktubuna müsbət cavab verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol