• $
  • €
  • ₽
  • ₺
  • £

"Azercell"-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır

"Azercell"-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
15.02.2019 11:16
"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ və maraqlı ideyalarını uğurlu biznesə çevirmək arzusunda olan startaplara növbəti dəfə dəstək olur. Belə ki, 10 il fəaliyyətdə olan mərkəz ölkədə sahibkarlıq mühitinin və rəqəmsal ekosistemin inkişafı üçün  "Barama İnkubasiya Proqramına” start verir. Proqramın məqsədi gənc startapçılara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir. Layihədə uğur qazanan startaplar 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri, Sığorta Həlləri (İnsurtech), Səyahət və Turizm ( TravelTech), Proqram təminatı xidmət kimi (SaaS) layihələrinə daha çox üstünlük veriləcək.  
 
Barama İnkubasiya Proqramına müraciət etmək üçün https://gate.barama.az/registration.php
linkinə daxil olaraq onlayn surətdə müraciət formasını doldurmaq tələb olunur. Müraciətlər 15 Mart, 2019-cu il tarixinə qədər qəbul ediləcək. Onlayn müraciəti tamamladıqdan sonra təqdim olunan layihə Barama heyəti tərəfindən dəyərləndiriləcək və meyarlara uyğun gələn komandalar seçimin ikinci mərhələsi olaraq biznes planları ilə birgə layihələrini əyani formada təqdim etmək üçün Mart ayı ərzində ofisə dəvət olunacaqlar. İkinci seçim mərhələsini də uğurla keçmiş komandaların adları açıqlandıqdan sonra həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər. Layihə haqqında daha ətraflı məlumatı www.barama.az saytından əldə etmək olar.
 
Mərkəz yarandığı vaxtdan etibarən startaplara dəstək olmuş, Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra böyük tədbirlərə ev sahibliyi etmiş, müxtəlif layihələr həyata keçirmişdir. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.


 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol