• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı

Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
27.11.2026 16:28

Ölkənin birinci bankı Kapital Bank beynəlxalq maliyyə bazarlarından növbəti sindikatlaşdırılmış maliyyələşməni cəlb edib. Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə institutlarından biri olan “Mashreq Bank”la ikinci kredit sazişini Bakıda imzalayıb. Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor Fərid Hüseynov və “Mashreq Bank”ın İcraçı vitse-prezidenti, Beynəlxalq Maliyyə İnstitutları üzrə rəhbər Aziz Ata tərəfindən imzalanan sazişin ümumi həcmi 105 milyon ABŞ dolları ekvivalentindədir.

Maliyyələşmənin 80 milyon ABŞ dolları və 42,5 milyon manatlıq hissəsi müvafiq olaraq xarici və milli valyutada cəlb olunub. Əməliyyatın Azərbaycan manatı ilə də həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutlarının milli valyutada belə bir maliyyələşmədə iştirakı ölkənin maliyyə bazarının, beynəlxalq tərəfdaşlarla əlaqələrinin inkişafını və Kapital Bank-a göstərilən etimadı əks etdirir.

1967-ci ildən fəaliyyət göstərən “Mashreq Bank” Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə qurumlarından, Yaxın Şərq və Şimali Afrika regionunun tanınmış banklarından biridir. Tərəflər arasında ilk sindikatlaşdırılmış kredit sazişi 2025-ci ildə Dubayda imzalanıb və 50 milyon ABŞ dolları təşkil edib.

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov rəsmi sosial şəbəkə hesabında sazişin əhəmiyyətini belə şərh edib: “Bu yeni saziş qlobal maliyyə institutlarının bankımıza olan davamlı etimadının və tərəfdaşlığımızın uzunmüddətli xarakter daşıdığının bariz göstəricisidir”.

Fərid Hüseynov bildirib ki, “Mashreq Bank”la yanaşı, Körfəz, Avropa və Mərkəzi Asiya regionlarının maliyyə qurumları ilə ardıcıl əməkdaşlıq Kapital Bank-ın qlobal maliyyə ekosistemində etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.

Bir ekosisteminin aparıcı maliyyə qurumu olan Kapital Bank beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin maliyyə sektorunun qlobal maliyyə bazarları ilə əlaqələrinin inkişafına töhfə verir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı, 48 şöbəsi və 19 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
İqtisadiyyat 09:56
“Azeri Light” neftinin qiyməti 102 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:19
Avro və rubl bahalaşıb - məzənnə
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
İqtisadiyyat 17:27
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
İqtisadiyyat 15:39
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol