• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “Samsung S10” kampaniyasına qoşul, 6 ay Limitsiz İnternet paketi hədiyyə qazan

Azercell-in “Samsung S10” kampaniyasına qoşul, 6 ay Limitsiz İnternet paketi hədiyyə qazan
29.05.2020 06:38
Ölkədə mobil rabitə bazarının lideri olan "Azercell Telekom” MMC hər zaman olduğu kimi innovativ həllər və müasir texnologiyalar vasitəsilə müştərilərinə xidmət göstərmək məqsədilə, bu dəfə abunəçilərinin istifadəsinə yeni "Samsung S10” kampaniyasını təqdim edir. Mart ayının 8-dən 31-nə kimi "Samsung S10” kampaniyası çərçivəsində Azercell dükanlarından Samsung telefonu əldə edən hər bir abunəçiyə 6 ay ərzində pulsuz Limitsiz İnternet paket hədiyyə təqdim ediləcək. Kampaniyadan yararlanmaq üçün Samsung S10, Samsung S10+, Samsung S10 lite, Samsung A750, Samsung J600 və ya Samsung J250  telefon modellərindən birini  Azercell Ekskluziv mağazaları və ya Azercell Diler şəbəkələrindən əldə etmək kifayətdir. 

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini ölkədə tətbiq etməyi hədəfləyən Azercell bundan sonra da abunəçilərini yeni kampaniyalar ilə sevindirməyə davam edəcək. 

Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün Azercell-in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol