• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramdan sonra hansı xəstəliklər kəskinləşir?

Bayramdan sonra hansı xəstəliklər kəskinləşir?
29.05.2020 05:55
Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyulacaq. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq. Çoxları bayramdan sonra kökələcəyinin dərdini çəkir.


Novruz qidalarını yeməyə əks-göstərişi olan insanlar var ki, bayramdan sonra səhhətində ağırlaşmalar yarana bilər. Kimlərə, hansı xəstəliyi olanlara Novruz süfrəsindən uzaq durmaq tövsiyə olunur?

Medicina.az saytı terapevt Aqşin Salmanovdan risk qrupunda olan xəstələrin siyahısını əldə edib.


" Ümumiyyətlə, Novruz bayramı azuqəsi karbohidratlı tərkibli qidalardır, onlar həzm sistemində problemi olan insanlara, şəkərl diabet xəstələrinə, qaraciyər, öd xəstəliyi olanlara mənfi təsir edə bilir. Ciddi pəhriz qaydalarına əməl etmədən Novruzda bu kimi qidalardan bol yemək gələcəkdə xəstədə letal sonluğa gətirib çıxara bilər. Diatezi olan uşaqlarla da ehtiyatlı olmaq lazımdır. 


Mədə və on iki barmaq bağırsaq xorası olanlarda ürəkbulanma, qusma, ağrı kimi hallar baş verə bilir. 


Qanda şəkərin artması, hiperqlikemiya isə şəkərli diabet xəstələrinin bayramdan sonra üzləşə biləcəyi problemlərdir. 


Ödündə daş olan xəstələr də ehtiyatlı olmalıdır.


Novruz bayramından sonra həzm sistemində olan ağırlaşmalar və diabet xəstələrində baş verən problemlərlə bağlı həmişə həkimə müraciətlərdə kəskin artım müşahidə olunur. 


Xalqımızın gözəl bayramında sağlamlığınızı da düşünmək vacibdir. Bayrama görə bu tip xəstələr şirniyyatların dadına baxa bilər, amma hər gün onları qəbul etmək olmaz”. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol