• $
  • €
  • ₽
  • ₺
  • £

Zövqsüz olduğunuzu göstərən 4 ƏLAMƏT

Zövqsüz olduğunuzu göstərən 4 ƏLAMƏT
29.05.2020 11:21
Seçdiyiniz geyimdə özünüzü narahat hiss edirsinizə

Əgər gündəlik geyim seçimi əsl işgəncəyə çevrilibsə, seçimləriniz ürəyinizcə deyilsə, özünüzü inamlı hiss etmirsinizsə, küçəyə çıxanda qürurla başınızı dik tutaraq getmək istəyi yaranmırsa, deməli, öz üslubunuzu tapmamısınız.

Üslub həyat tərzi, xarakter, ideallar və zövq duyumunun ifadəsi deməkdir. Dəbli geyinmək üzərində işləməli olduğumuz və özünüdərk yolu inkişaf etdirilən bacarıq və ya vərdişidir. Paltar seçimi bədən quruluşuna əsasən müəyyən edilməlidir. Düzgün seçilmiş geyim çatışmazlıqları ört-basdır etmək, məziyyətiləri isə vurğulamaq iqtidarındadır.

Mağazada alış-veriş edərkən seçim etməkdə çətinlik çəkirsinizsə
Stilin olması bir çox üstünlüklərə malikdir. Ən azından öz seçimlərini başa düşürsən, mağazaya gedəndə minlərlə çeşid arasından asanlıqla seçim edə bilir və çox nadir hallarda lazımsız əşyalara pul xərcləyirsən. Həmçinin satıcının və ya dostunun təklif etdiyi məsləhətlərdən asanlıqla imtina edə bilirsən.

Zövq duyumu olmayan xanımlar isə mağazada alış-veriş edərkən seçim etməkdə həmişə çətinlik çəkir, nə alacağını bilmir. Bir sözlə, başını itirir...
Qarderobdakı geyimlərin çoxunu geyinmirsinizsə

Zəngin qarderoba sahib olmaq və yaxşı geyinə bilməmək həqiqətən böyük problemdir. Yadda saxlayın ki, zövq duyumu olan şəxs imicində ən kiçik detallara qədər düşünür və yalnız bəyəndiyi şeyləri alır. Əlavə olaraq, onun kolleksiyasındakı paltarların çoxu bir-biri ilə mükəmməl uyğunlaşır, xaotik şkaf isə ancaq zövqsüzlükdən xəbər verir.

Trendlərə dərhal təslim olursunuzsa
Moda diktatorları da bəzən səhv edirlər, amma onlara hər il həvəslə pul ödəyən milyonlarla qadın həmişə tapılacaq. Əgər büdcəniz limitsizdirsə, ən son dəb tendensiyalarını özünüzə icazə verə bilərsiniz. Yox əgər büdcəniz azdırsa, belə olan halda sizcə, dəbdən tez düşən məhsullara pul xərcləməyə dəyər? Keyfiyyətli və hər şeylə uzlaşan universal qarderob yaradın və onu zamanla heç kimə bənzəməyən orijinal detallarla tamamlayın. (publika.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol