• $
  • €
  • ₽
  • ₺
  • £

Polis Qurban bayramı ilə bağlı xəbərdarlıq etdi

Polis Qurban bayramı ilə bağlı xəbərdarlıq etdi
29.05.2020 05:46
Bakının yol polisi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, hazırda qarşıdan gələn Qurban bayramı münasibətilə bölgələrdən paytaxt istiqamətində Qurban kəsilməsi üçün nəzərdə tutulan heyvanların daşınması və onların satılmasına başlanılıb.Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən yollarda zəruri təhlükəsizlik tədbirləri görülür: “Belə ki, heyvanların paytaxtın inzibati ərazisinə düşən bir sıra küçə və prospektlərdə yolun hərəkət hissəsində, eləcə də yolların kəsişməsinə yaxın məsafədə satılması faktları müşahidə edilir. Bu isə həmin ərazilərdə avtomobillərin normal hərəkətinə maneçilik yaradır ki, bu da yolverilməzdir. Bu, həm də əhali arasında da müəyyən narazılıq yaradır”.Bölmə rəisi qeyd edib ki, qurbanlıq heyvanların satışı qapalı şəraitdə və bunun üçün rəsmi orqanlar tərəfindən xüsusi icazə verilmiş yerlərdə aparılmalıdır: “Bir daha həm heyvanların satışını təşkil edən şəxslərdən, həm də sürücülərdən xahiş edirik ki, bu işi qanunvericilik çərçivəsində görsünlər, heyvanların satışını digər hərəkət iştirakçılarına maneə yaranmayan yerlərdə aparsınlar. Biz də başa düşürük ki, bayramdır və bayrama hazırlıq da aparılmalıdır. Amma bu o demək deyil ki, kimlərsə insanların hərəkətinə süni maneə yaratmalıdır. Ona görə də həmin şəxslərdən xahiş edirik ki, bu məsələlərə diqqət yetirsinlər, heyvanların alış-verişini tam kənarda, qapalı şəraitdə, qanunla icazə verilmiş yerlərdə və formada təşkil etsinlər, yol polisi tərəfindən hər hansı zəruri cəza tədbirlərinin görülməsinə şərait yaratmasınlar”.V.Əsədov qurbanlıq heyvanların alışı üçün gedən vətəndaşlara da xəbərdarlıq edib: “Əhali bilməlidir ki, qurbanlıq heyvanların alınması üçün gedərkən həmin ərazilərdə avtomobillərin sıx cərgələnməsi, tıxaclar və hətta yol qəzaları yaşana bilər. Bütün bunları nəzərə alaraq həmin istiqamətlərdə gedərkən diqqətli olmalı, nizam-intizama, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Əks halda bayram günləri olmasına baxmayaraq və kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozan bütün şəxslər, insanların hərəkətinə süni maneçilik yaradanlar qanunvericiliyin tələbinə əsasən cəzalandırılacaq, məsuliyyətə cəlb ediləcəklər”.Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4 və 5-də qeyd ediləcək.//Trend
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol