• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dilənçi dəhşət saçdı - 2 polis yaralandı

Bakıda dilənçi dəhşət saçdı - 2 polis yaralandı
29.05.2020 06:30
Paytaxt ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən mütəmadi profilaktiki tədbirlər həyata keçirilir.

Bakı şəhər Baş Polis İdarəsindən Anews.az-a verilən məlumata görə, aparılan təhlil və ümumləşdirmələr göstərir ki, əsasən Yevlax rayonundan olmaqla, ölkənin digər rayonlarından avaraçılıq və dilənçilik məqsədilə Bakı şəhərinə gələn şəxslərin əksəriyyəti cibgirlik, soyğunçuluq əməlləri törədir və ya getdikləri mənzillərdən oğurluqla məşğul olurlar.

Martın 28-də axşam saatlarında növbəti profilaktiki tədbir zamanı dilənçiliklə məşğul olan, 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini, I qrup əlil, əvvəllər məhkum olunmuş Əhliman Məmmədov Nərimanov rayonu Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib. Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Yanğın xəsarətləri alan Ə.Məmmədova tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Ə.Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.

Paytaxtda polis tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol