• $
  • €
  • ₽
  • ₺
  • £

9 yaşında 10 milyon olduq - Azərbaycanın 9 milyonuncu sakini İlham

9 yaşında 10 milyon olduq - Azərbaycanın 9 milyonuncu sakini İlham
29.05.2020 02:19
Xəbər verdiyimiz kimi, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Atası polis olan körpənin valideyinləri onun adını Mehriban qoydular. Azərbaycanda 9 milyonuncu sakin olan uşaq 15 yanvar 2010-cu il saat 05.10-da radələrində Naxçıvanda dünyaya gəlib. Valideyinləri körpənin adını isə İlham qoymuşdular. Diqqqətinizə çatdıraq ki, 9 milyonuncu sakinin atası da polis əməkdaşı olub. 

Mövzunun aktuallığını nəzərə alaraq Unikal.org Azərbaycanın 9 milyonuncu vətəndaşı İlham Əhmədovun atası ehtiyatda olan polis mayoru İlkin Əhmədovla əlaqə saxlayıb.  İlkin Əhmədov övladının səhhəti, təhsili və digər məsələlər barədə maraqlı açıqlama verib. 

-İlkin müəllim Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəldi. Bu barədə nə deyə bilərsiniz?

-Vallah bunu eşidəndə çox sevindik. Övladım İlham da buna görə sevinirdi. Nə deyək vallah. Allah başda prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva  olmaqla xalqımızı qorusun. 

-İlkin müəllim Azərbaycanın 9 milyonuncu sakinin atası kimi o vaxt keçirdiyiniz hisslərinizdən danışardınız. 

- Bu çox böyük qürur hissi idi. Həyat yoldaşım və mən çox sevinirdik. Burada bizim sevincimiz bir-birinə qarışdı. Övladımız dünyaya gəldi, Azərbaycanın 9 milyonuncu vətəndaşı oldu, həm də prezident İlham Əliyevin diqqəti, Mehriban xanım Əliyevanın xeyir-duasını aldıq... Ailəmizlə qərar verdik ki, övladımız cənab prezidentin adını daşısın. Ona görə də adını İlham qoyduq. Arzu edirəm ki, 20 milyona çataq. Daha bir arzum isə növbəti milyonlarda oğlum İlhamın övladı dünyaya gəlsin.   

-Övladınızın hazırkı təhsili, səhhətti necədi?

-İlham bu gün bütün dərslərindən 5 qiyməti alır. Çalışır ki, adına, vətənə layiq bir övlad olsun. O vaxt polis kapitanı idim. Bakıda işləyirdim. Hazırda polis mayoru kimi, səhhətimlə əlaqədar təqaüddəyəm. Naxçıvanda yaşayıram. Övladım İlham Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri kəndin 1 nömrəli pilot orta məktəbin 3-cü sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Bununla belə, İlham musiqi ilə (tar) və karate ilə də məşğuldur. Bacardığımız qədər çalışırıq ki, İlhamı dövlətimizə, xalqımıza layiqli övlad kimi böyüdək. 

-Prezident sizə o vaxtı mənzildə hədiyə etdi...

-Bəli. 2010-cu il yanvarın 15-də övladımın dünyaya gəlməsi ilə Azərbaycan artıq doqquz milyonluq əhalisi olan bir ölkəyə çevrildi. Bu hadisənin tarixi əhəmiyyətini və ölkəmizin doqquz milyonuncu vətəndaşının sosial müdafiəsinin təmin olunması zərurətini nəzərə alaraq cənab prezident Bakı şəhərində bizə 3 otaqlı mənzil hədiyyə etdi. Bununla belə, övladımın adına 20 min manat banka qoyulub. Ölkə başçısının tapşırığına əsasən bu məbləğin faizlər hesabına artırılmasını və əmanətçi (övladım) 18 yaşına çatanadək bu hesabın toxunulmazlığını təmin edilib. Allah dövlətimizi, cənab prezidenti var eləsin. O, hər zaman bizim yanımızda olduğu kimi, biz də İlham Əliyevin yanında olacağıq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox