• $
  • €
  • ₽
  • ₺
  • £

“Direktorun ev dustaqlığı ilkin mərhələdir, başqa addımların da şahidi olacağıq” - HÜQUQŞÜNAS

“Direktorun ev dustaqlığı ilkin mərhələdir, başqa addımların da şahidi olacağıq” - HÜQUQŞÜNAS
29.05.2020 03:00
Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İcitimaiyyət isə direktora verilən cəzanın yüngül olduğu qənaətindədir. 

Ümumiyyətlə ev dustaqlığı hansı hallarda verilir?

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, hansı qətimkan tədbirinin seçilməsi barədə qərar məhkəmə tərəfindən verilir:

"Qətimkan tədbirləri prosessual məcburetmədir. Bununla bağlı Cinayət Prosessual qanunvericiliyində bir çox normalar - başqa yerə getməmək, zaminlik, həbs, ev dustaqlığı və s. nəzərdə tutulur.

Burada ilk növbədə cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınır. Eyni zamanda, təqsirləndirilən şəxsin şəxsiyyəti, ailə vəziyyəti, səhhəti, onun istintaqdan qaçıb gizlənmək, şahidlərə təsiretmə ehtimalı  və s. qiymətləndirildikdən sonra məhkəmə qətimkan tədbirlərindən birini seçir. Amma bir qayda olaraq, həbs qətimkan tədbirləri ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərlə bağlı qəbul edilir. Böyük ictimai təhlükəli sayılmayan cinayətlərdə isə cinayət prosessual tədbirləri, o cümlədən başqa yerə getməmək, ev dustaqlığı, girov götürülmə və s. qərarı verilə bilər.

İndiki halda isə direktora münasibətdə həmin cinayət az ağır cinayətlər kateqoriyasına daxildir. Şəxs məktəb direktoru olub, onun gizlənmək ehtmalı yoxdur. Şahidlərə təsiretmə məsələsinə gəlincə, artıq videoyazılar və fotolar, həkim rəyi, təcili yardıma çağırış və s. istintaq orqanına məlumdur və nəzərə alınacaq. Bu məsələ ilk növbədə Prezidentin, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nəzarətindədir. Bu adi bir məsələ kimi qiymətləndirilə bilməz”.

Hüquqşünas qeyd edib ki, istintaqın gedişində əlavə faktlar ortaya çıxarsa, bu zaman direktorla bağlı məhkəməyə müraciət oluna bilər:

"Direktor tərəfindən müxtəlif üsullarla şahidlərin ələ alınması faktı qeydə alınarsa, Cinayət Məcəlləsinə yeni maddə əlavə edilə bilər. Bu situasiyadan asılı olan məsələdir. Düşünürəm ki, direktorun ev dustaqlığı ilkin mərhələdir, sonrakı prosesdə başqa addımların da şahidi olacağıq”.

Bakı Şəhər Prokurorluğunun məlumatına görə, aparılmış istintaqla 162 nömrəlıi məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.

Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol