• $
  • €
  • ₽
  • ₺
  • £

Hotellərdə gecələyənlərin sayı azalıb

Hotellərdə gecələyənlərin sayı azalıb
29.05.2020 11:48
Bu ilin yanvar-mart aylarında Azərbaycandakı mehmanxanalarda 545,4 min gecələmə olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azdır.

Anews.az Trend-ə istinadən xəbər verir ki, gecələmələrin 61,7 faizi Bakıda, 7,8 faizi Qəbələdə, 7,5 faizi Qusarda, 4,3 faizi Naftalanda, 4,1 faizi Naxçıvan Muxtar Respublikasında, 3,2 faizi Qubada, hər birində 1,3 faiz olmaqla Qax və Mingəçevirdə və 0,9 faiz olmaqla Lənkəran və Gəncədə, 0,8 faizi Şamaxıda, 0,7 faizi Tovuzda, 0,3 faizi Xaçmazda, 5,2 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz azalaraq 377,7 min olub ki, bu da ümumi gecələmələrin 69,3 faizini təşkil edir. Gecələmələrin 15,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 13,1 faizi Rusiya Federasiyası, 7,1 faizi İran, 6,1 faizi Türkiyə, 5,9 faizi Hindistan, 5,5 faizi Səudiyyə Ərəbistanı, 3,9 faizi Küveyt, 2,9 faizi Böyük Britaniya, 2,6 faizi Pakistan, 2,3 faizi Qətər, 2,1 faizi İsrail, 2 faizi İraq, 1,9 faizi ABŞ, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,1 faizi Ukrayna, 0,9 faizi Almaniya, 0,7 faizi Bəhreyn, 23,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakı şəhərində, 5,7 faizi Qəbələdə, 4,6 faizi Qusarda, 4,3 faizi Naxçıvan Muxtar Respublikasında, 3,8 faizi Naftalan şəhərində, 1,7 faizi Qubada, 0,6 faizi Gəncədə, 1,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci illin yanvar-mart ayları ilə müqayisədə 14,6 faiz artaraq 167,7 minə çatıb.

Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az və ya 71,3 milyon manat olmuşdur ki, onun da 62,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2019-cu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7 faiz təşkil edib. Bu göstərici Naftalanda 42,6 faiz, Şəmkirdə 38,2 faiz, Beyləqanda 27,8 faiz, Bakıda 27,7 faiz, Qusarda 22,8 faiz, Naxçıvan Muxtar Respublikasında 21,5 faiz, Qəbələdə 20,7 faiz, Şirvanda 16,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4 faiz) mart ayında qeydə alınıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol