• $
  • €
  • ₽
  • ₺
  • £

“İçərişəhərə avtomobil girişi qadağan olunsun, səfirlik və ofislər oradan köçürülsün” – MARAQLI TƏKLİF

“İçərişəhərə avtomobil girişi qadağan olunsun, səfirlik və ofislər oradan köçürülsün” – MARAQLI TƏKLİF
01.05.2019 13:25
"İçərişəhərin tarixi abidə kimi qorunması üçün həmin əraziyə avtomobillərin girişinə də məhdudiyyət qoymaq lazımdır”.

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb. O qeyd edib ki, bununla bərabər, İçərişəhərdəki iş yerlərinin, ofislərin də ləğv edilməsi müzakirə edilməlidir:

"Bildiyim qədərilə, İçərişəhər ərazisinə orada yaşayanların və çalışan vətəndaşların avtomobilləri ödənişli formada buraxılır. Əslində İçərişəhər çox da böyük ərazi deyil. Oraya avtomobillərin daxil olmasına ehtiyac yoxdur. Üstəlik iri avtomobillər daxil olduqda, dar küçələrdə manevr edə bilmirlər. Ona görə, şəxsi avtomobillərin İçərişəhərə daxil olmasını düzgün hesab etmirəm.

Vacib maşınların, yanğınsöndürən, təcili tibbi yardım, nisbətən kiçik həcmli yük avbtomobillərinin müvəqqəti girişi üçün mexanizm yaradıla bilər. Bu avtomobillər də irihəcmli olmamalıdır. Çünki həm avtomobilin manevr etməsi çətin olacaq, həm də İçərişəhərin tarixi əhəmiyyətli daş döşəmələrini  zədələyə bilər”.
Ə. Hüseynov deyib ki, diqqət etsək, avtomobillərin əksəriyyətinin səfirliklərə, xarici ölkələrin İçərişəhərdə yerləşən nümayəndəliklərinə aid olduğunu görərik:
"Nə ehtiyac var ki, səfirliklərin ofisləri İçərişəhərdə yerləşdirilib? Yenə deyirəm, bu ərazidə ofislərin açılmasına ehtiyac yoxdur. Yaxşı olar ki, İçərişəhəri tam avtomobilsiz məkana çevirsinlər. Turistlərin gəzintisi üçünsə kiçik elektrik avtomobilləri istifadə oluna bilər”. 
İçərişəhərin ətrafında parketmə yerlərinin yaradılmasına gəlincə, ekspert bunun çətin olmasına da diqqət çəkib:

"İçərişəhərin ətrafı da tarixi əhəmiyyətli küçə və prospektlər, binalarla zəngindir. Ona görə, həmin ətrafda yeni parkinq yerləri yaratmaq çətindir. Amma yenə də avtomobillərin saxlanması üçün uyğun yerlər var. Məkəzi Univermağın yanında çoxmərtəbəli parklanma yeri tikilib. Fəvvarələr Meydanının arxa hissəsində özəl parklanma yeri salınıb. Dövlət İdarəçilik Akademiyasının qarşısında da məhdud da olsa avtomobillərin saxlanması üçün şərait var.

İçərişəhər metro stansiyası da İçərişəhərin az qala içərisindədir. Ətrafda avtomobilləri saxlayanda da İçərişəhərə piyada rahat daxil olmaq mümkündür. Ona görə, İçərişəhəri avtomobilsiz məkana çevirmək haqqında düşünmək olar”. (modern.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol