• $
  • €
  • ₽
  • ₺
  • £

Elinanın xalası qızına ölüm təhdidi – Prokurorluq işə qarışdı

Elinanın xalası qızına ölüm təhdidi – Prokurorluq işə qarışdı
01.05.2019 16:20
Elina Hacıyevanın intiharı ilə bağlı gələn xəbərlər səngimir. Bu dəfə mərhum məktəblinin xalası qızı Diana Hacıyevanın anası Leyla Şirinova təlaşla redaksiyamıza zəng etdi.

L.Şirinova News24.az-a açıqlamasında deyib ki, qızı Diananı Elina ilə bağlı verdiyi müsahibəyə görə hədələyirlər: "Qızım səhər dərsə gedib. Məktəbdə onlarla bir yerdə oxuyan Rəhman və dostu Cavad adlı oğlan qızımı hədələyiblər. Deyiblər ki, məktəbdən çıxanda səni məktəbin qabağında gözləyəcəyik, "dərsini verəcəyik”. L.Şirinova deyir ki, qızı verdiyi müsahibədə Rəhmanla Cavadın sağlığında Elinanı da hədələdiklərini, onu ələ saldıqlarını deyib.

Onlar da məhz bu səbəbdən Diananı hədəfə alıblar: "Rəhman deyirmiş ki, sən mənim icazəm olmadan koridora çıxa bilməzsən. Həmişə qızı məsxərəyə qoyarmış. Elinanın özünü atdığı videoda da o, yanında dayanıb. Sanki onun özünü öldürəcəyiтш bilirmiş. İndi də mənim qızımı qorxuya salıblar”. L Şirinova deyir ki, Diana Rəhmanla Cavadın təhdidini eşidən kimi yeni sinif rəhbəri – Valentina İvanovnanı xəbərdar edib: "Diananın telefonu yoxdur. Ona görə bizə xəbər eləyə bilməyib. Eşitdiklərindən çox qorxub və bu haqda sinif rəhbərinə deyib. O da bizə zəng vurub dedi ki, qızınız mənim yanımdadır. Dərsdən sonra onu heç yana buraxmayacam. Gəlib uşağı məktəbdən özünüz götürün”. Eşitdikləri xəbərdən həyəcan keçirən ailə məsələ ilə bağlı prokurorluğa məlumat verib: "Prokurorluqdan bizə bildirdilər ki, qızın müdafiəsi üçün məktəbə polis əməkdaşı göndərəcəyik. Qızımın həyatı təhlükədədir. Mən çox narahatam. Uşağımın təhlükəsizliyinin tam təmin olunmasını istəyirəm”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol